"Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik"

20:51 17-06-2020 | icon 355 | Siyasət
"Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik"

Qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb

 

İyunun 17-də Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi ilə video görüş keçirib.

 
 
Versus.Az xəbər verir ki, görüşdə Qənirə Paşayeva ölkələrimizin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi. Qeyd edildi ki,  ikitərəfli münasibətlərin inkişafında parlamentlərin böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün müvafiq işlər görülür. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. 
 
 
Video görüşdə millət vəkili Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verdi. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanmasını vurğuladı. 
 
 
Qənirə Paşayeva 11 fevral 2015-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini qeyd etdi.
 
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin  tarixindən danışan deputat vurğuladı ki, Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirilir və problemin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə həllinin vacibliyi vurğulanır. 
 
 
Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında  Azərbaycanla  dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi səmimi görüşə görə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Pakistan və Azərbaycan arasındakı münasibətlər strateji səviyyəyə yüksəlmişdir. Ölkədə siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışdı. Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Murtəza Caved Abbasi əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladı.
 
 
Videogörüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Azər Badamov, Eldəniz Səlimov, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər iştirak edirdilər.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI