Yeni Media Hərəkatı yaradıldı

12:47 18-06-2020 | icon 541 | KİV
Yeni Media Hərəkatı yaradıldı

“Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik”.

 

Versus.az xəbər verir ki, bu açıqlama ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova çıxış edib.



“Amalımız, məqsədimiz evimizə, ocağımıza bədbəxtlik gəlməsinə yol verməmək, dostlarımızı, çevrəmizi virusdan qorumaq və xilas etməkdir. Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik” -deyə, İ.İbrahimova bildirib.



Onun sözlərinə görə, hərəkatın müraciəti yaxınlara, dostlara və bütün xalqımızadır:

“Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.
Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın.
Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək. Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk!”.


Mətbuat katibi bütün həmkarlarını bu hərəkata qoşulmağa çağırıb.

"Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatına ilkin olaraq aşağıdakı jurnalistlər qoşulublar:

İradə İbrahimova, Aynur Camal, Rəşad Məcid, Vüqar Rəhimzadə, Emin Musəvi, Nurşən Quliyev, Ləman Ələşrəfqızı, Mehriban Məmmədova, Murad Əliyev, Elçin Zahiroğlu, Əfqan Qafarlı, Mahir Məmmədli, Həbibə Abdulla, Elnur Məhərrəmli, Gülşən Raufqızı, Namidə Bingöl, Səmayə Məmmədova, Elnur Kələntərli, Günay Malikqızı, Günay Yelmarqızı, Azər Qismət, Ramina Eyvazqızı, Səbuhi Qafarov, Əlişir Əhəd, Mais Ağayev, Vüqar Hüseynov, Rəvanə Əliyeva, Samir Əli, Anar Nəcəfli.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin