İqtisadi tolerantlıq modeli

18:27 18-10-2017 | icon 830 | Kürsü
İqtisadi tolerantlıq modeli

Ağasəf İmran

/ADNSU-da dosent/

Müasir şəraitdə, inkişaf etməkdə olan kiçik dövlətlərdə iqtisadiyyatın bir çox sahələrinin idarə olunması, müxtəlif səbəblərdən “kölgə” iqtisadiyyatına keçərək dövlət nəzarətindən çıxır və korrupsiya, rüşvət, səlahiyyətdən qərəzli istifadə etmək yolu ilə oliqarxlara çevrilmiş məmurların əlinə keçmiş olur. Ayrı-ayrı sahələr üzrə müəssisə və təşkilatları, firma və idarələri öz tabeçiliklərinə keçirmiş bu oliqarx-məmurlar həm xalqdan, həm də dövlətdən ayrılmış olurlar. Onlar öz ailə biznes şəbəkələrini yaratmaqla, dövlətin iqtisadi gəlir mənbələrini öz əllərinə almaqla rüşvət mexanizmi ilə işləyən idarəçilik piramidası qura bilirlər. Bu oliqarx-məmurlar ölkənin təbii sərvətlətini və xalqın alın tərilə qazandığı sərvətləri sorub varlanmaqla məşğul olurlar. Həm dövlət, həm də xalq (əhali) bir müddət yüksək çinli məmurların da bu prosesdə iştirakını gördükləri üçün, sosial-iqtisadi vəziyyətin bu hala gəlməsinə göz yumurlar və bu reallıqla barışırlar.

Lakin belə bir vəziyyətin uzun müddət davam etməsi həm dövlətin, həm də xalqın səbrini tükəndirə bilər. İqtisadi və sosial vəziyyətin kritik hala gəlməsi böyük fəlakətlərə səbəb ola biləcək qarşıdurma – xalq-oliqarx, xalq-dövlət narazılığı yarada bilər. Bu isə ilk olaraq dövlət çevirilişi və ya vətəndaş müharibəsinə səbəb ola bilər. Hər iki hal dövlət və xalq üçün fəlakətli nəticələr ortaya çıxarar. Belə fəlakətlərin və faciələrin qarşısının alınması üçün “iqtisadi tolerantlıq modeli” təklif edirəm.

Tolerantlıq cəmiyyətin mədəni, dini və davranış amillərində mövcuddur və bu amil bütün dünya dövlətləri və xalqları tərəfindən bəyənilir. Elə isə nə üçün iqtisadi idarəetmədə tolerantlıq amilindən istifadə edilməsin? Bu tolerantlıq müxtəlif yollarla varlanmış oliqarx-məmurlarla dövlətin və xalqın barışması anlamına gələ bilər. Belə ki, əgər oliqarx-məmurlarla barışıq elan edilərsə və onlar indiyə qədər qurduqları öz ailə bizneslərinin idarəçiliyini saxlamaq şərtilə öz vəzifələrindən azad edilərlərsə, onların əmlak və sərvətlərinin toxunulmazlığı elan edilərsə, heç bir ciddi narahatlıq və konflikt yaranmaz. Hesab edirəm ki, bu məqsədlə iqtisadiyyatın idarə olunması üzrə Ali Məşvərət Şurası yaratmaq və bütün oliqarx-məmurları bu Şuraya üzv etməklə, onlara “toxunulmazlıq statusu” vermək olar. Belə olan halda həm dövlət orqanlarında vəzifələrə təyin olunan yeni məmurlar, həm də öz ailə biznes şəbəkəsini yaratmış oliqarx-məmurlara rüşvətsiz işləmək tapşırığı verilməklə işləmələri təmin edilə bilər.

“İqtisadi tolerantlıq modeli” tətbiq edilərsə, hansı üstünlüklər qazanıla bilər? Bu sualın cavabını bütün detalları ilə vermək və izah etmək iqtisadçı-tədqiqatçıların işidir. Burada ən vacib üstünlük amillərini xatırlatmaq istərdim:

  1. Xalqın və dövlətin tolerantlığını görən oliqarx-məmur heç bir çirkin əməl törətməyə çalışmaz (qarşıdurma və çevriliş, ləkələmə və böhtan, ölkədən qaçmaq və dövlət əleyhinə işləmək və s.) və xaricdə yatırtdığı (gizlətdiyi) kapitalı ölkəyə qaytarar, onu ölkə iqtisadiyyatına sərf edər.
  2. Oliqarx-məmurların yaratdıqları ailə biznes şəbəkəsinə daxil olan obyektlər – müəssisə və təşkilatlar, ticarət və xidmət şəbəkələri, firma və müştərək müəssisələr, ofşor qurumlar və digərləri bağlanmaz. Bu səbəbdən də maddi nemətlər istehsalı və xidmətlər həcmcə azalmaz, məşğulluq və işsizlik səviyələri dəyişməz.
  3. Ölkədə iqtisadi, sosial və siyasi sabitlik pozulmaz, cəmiyyətdə ictimai kataklizmlər baş verməz və nisbətən qısa bir müddətdə sağlam və normal sosial – iqtisadi münasibətlər sivil qaydada qurula bilər.
  4. İqtisadi baxımdan ailə biznes şəbəkəsinə daxil olan obyektlərdən dövlətə həm vergi ödəmələri, həm də “yuxarıya” ötürülən divident (dolya) payı artar (“şapka” lar sahibkarın sahibkarına yox, dövlətə ötürülər).

“İqtisadi tolerantlıq modeli”nin tətbiq mexanizmi müxtəlif variantlarda ola bilər:

  1. a) sivil şəraitdə;
  2. b) korrupsiyanın hökm sürdüyü şəraitdə.
  3. a) Sivil şəraitdə – bütün oliqarx-məmurlar toxunulmazlıq statusu ilə Ali Məşvərət Şurasına cəlb edilirlər və onlara öz ailə biznes şəbəkələrini rüşvətsiz idarəetmə hüququ verilir. Belə olan halda onların bütün obyektləri dövlətə vergi ödənişinə cəlb edilir və onun tabeçiliyində olan bütün müəssisə və təşkilatlar səhmdarlar cəmiyyəti yaratmaq yolu ilə korporativ idarəetməyə keçirilir. Bu obyektlərin səhmdarlarından biri mütləq dövlət olur.
  4. b) korrupsiya hökm sürdüyü şəraitdə eyni qayda ilə Ali Məşvərət Şurası yaradılır, oliqarx-məmurlar dövlət vəzifələrindən uzaqlaşdırılır və onlar özlərinin qurduqları ailə-biznes şəbəkəsini idarə etməklə öz obyektlərinin vergisini ödəməklə yanaşı, həm də özlərinə çatacaq qazancı dövlətlə % – nisbətilə bölüşdürürlər.

“İqtisadi tolerantlıq modeli” milli barışığı təmin etmək məqsədilə, qısa müddətli keçid dövrü üçün tətbiq edilə bilər. Bu model, həmçinin, müxtəlif ölkələrdə və situasiyadan asılı olraq müxtəlif versiyalarda icra oluna bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI