Deputat imkanlı şəxslərə, aidiyyatı dövlət qurumlarına SƏSLƏNDİ

13:26 18-06-2020 | icon 388 | Siyasət
Deputat imkanlı şəxslərə, aidiyyatı dövlət qurumlarına SƏSLƏNDİ

Razi Nurullayev: "Qazimiz Rüxsarə xanıma dəstək zamanıdır, onu tək və çarəsiz qoymayaq"

 

Millət vəkili Razi Nurullayevin seçicilərlə onlayn görüşləri davam edir. O, görüşlərdə seçicilərini bir-bir dinləyir, onların qayğıları ilə maraqlanır, həlli yollarını tapmağa çalışır.

 
 
Versus.Az xəbər verir ki, deputatən budəfəki görüşü Qarabağ qazisi "Tutu" ləqəbli Ruxsarə Bayram Qızı ilə olub. O, onlayn şəkildə xanımı ad günü münasibətilə təbrik edib.
 
 
Qeyd edək ki, onlayn görüş zamanı Rüxsarə xanımın döyüş yoldaşları da yanında olub. Onlar da təbrik üçün döyüşçü ilə görüşə gəliblərmiş.
 
 
Görüşlə bağlı fikirlərini "facebook" hesabında bölüşən R.Nurullayev Rüxsarə xanım haqqında qısa məlumat da qeyd edib. Bildirib ki, bu xanım rəşadətli döyüş yolu keçib. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Uğurlu və Fərtuxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb:
 
"O qəlpənin acısını hələ də yaşayan Rüxsarə xanım Reablitasiya Mərkəzində bir neçə dəfə müalicə alıb. Hacı Nuran onun müalicəsini üzərinə götürüb və bu gün də davam etdirir. Elə buradan Hacı Nurana təşəkkürümü bildirirəm.
 
Rüxsarə xanım qızı Qurbanova Rəksanə Maksim qızı ilə bir otaqlı köhnə bir həyət evində yaşayır və çox acınacaqlı bir ömür sürür. Onu hər dəfə belə görəndə deməyə söz tapmıram. Özümün isə imkanım yoxdur ki, ona bir ev hədiyyə edim. O, yüzlərlə Azərbayan əsgərini ölümün pəncəsindən alıb, xilas edib, ayağından yaralanıb və birinci qrup əlil olub.
 
Rüxsarə xanım, bu gün də minlərlə gənc oğlan və xanımlara örnəkdir, canlı qəhrəmanlıq nümunəsidir. Mən imkanlı şəxslərə, aidiyyatı dövlət qurumlarına müraciət edirəm ki, Rüxsarə xanıma normal yaşamaq üçün mənzili bir doğum günü hədiyyəsi etsinlər.
 
Rüxsarə xanımın övladı Qurbanova Rəksanə Maksim qızı "Odlar Yurdu" universitetində ikinci kursu başa vurur. Rüxsarə xanım onun təhsil haqqını ödəmək üçün kredit götürməli olub. Bunu doğru saymıram və ümid edirəm ki, tezliklə o sosial ehtiyaclı ailə kimi tanınacaq. Universitet isə onun qız övladını təhsil haqqından azad edə bilər. Qarabağ uğrunda canını fəda edib birinci qrup əlilə çevrilən çarəsiz bir ananın qızının təhsil haqıqnı bağışlamaq bir universitet üçün niyə bu qədər çətin olmalıdır? "Odlar Yurdu" universiteti haqqında xoş xəbərlər həmişə olub və ümid edirəm ki, onlar bu məsələni də nəzərdən keçirəcəklər.
 
Bir xatirəmi də bölüşüm. 2018-ci ildə Rüxsarə xanımı ziyarət edərkən təsadüfi şəkildə elə həmin ildə yenidən qarşılaşdığı, ölümdən xilas etdiyi Mirağa Ağamirov onun haqqında danışdı. Mehmanə döyüşlərində onu xilas edən Rüxsarə xanımın hətta adını belə bilmədiyi üçün minnətdarlıq hissinə görə axtardığı bir xanımla 16 ildən sonra necə qarşılaşdığını elə fərəh hissi ilə danışdı ki...
 
Rüxsarə xanıma dəstək zamanıdır. Onu tək və çarəsiz qoymayaq!"
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI