GUAM-ı necə dirçəltmək olar?

16:22 18-06-2020 | icon 327 | Siyasət
GUAM-ı necə dirçəltmək olar?

Deputat və eks-nazir eyni hədəfi göstərdi

 

Ötən il uzun müddətdən sonra GUAM-ın (Demokratiya və iqtisadi inkişaf üzrə təşkilat) yenidən aktiv mərhələyə daxil olması müşahidə edildi. Təşkilata üzv olan 4 ölkənin - Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın hakimiyyət orqanları arasında hər hansı bir ticarət sərhədi və baryerinin olmaması barədə razılığa gəlindi. Azad ticarət zonasının isə artıq 2020-ci ildə yaradıla biləcəyi haqqında fikirlər ortaya atıldı. Lakin bu müzakirələrdən sonra GUAM-ın fəaliyyətində yenidən durğunluq müşahidə olunur.

 

Maraqlıdır, GUAM-ın hazırkı fəaliyyəti necə qiymətləndirilir və bu təşkilatın gələcək perspektivi hansı şəkildə mövcuddur?

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, təşkilatın potensialı hələ sona qədər istifadə olunmayıb:

“İstiqamətlərdən biri kimi Avropa İttifaqı ilə əlaqələri daha da gücləndirmək formatı əlverişli ola bilər. Çünki “Şərq Tərəfdaşlığı”nın tərkibində müxtəlif vəziyyətdə olan dövlətlər cəmləşib. GUAM-ın bu təsisatdan fərqi isə eyni problemlər yaşayan ölkələrin bir araya gəlməsidir. Əsas problemi olan ərazi bütövlüyünün pozulması GUAM ölkələrinin hamısında mövcuddur. Bu fərqi istifadə edərək təşkilata yeni fəallıq impulsu vermək hesab edirəm ki, çox vacib məsələ olardı. Avropa İttifaqının, Avropa Parlamentinin, həmçinin komissiyanın nəzdində elə GUAM ölkələrinin dostları şəklində lobbiçilik, əlaqələrin inkişafı ilə məşğul olan qurum olsaydı, bu dövlətlərin hamısı faydasını görəcəkdi”.

 

Deputat Asim Mollazadə isə GUAM-ın ən əsas fəaliyyətində canlılığın bu təşkilatı təbliğ edən ölkənin istəkləri ilə bağlı olduğunu bildirib:

“Bu təşkilatda birləşən ölkələri ortaq tarix, qarşılıqlı maraqlar, xüsusi layihələr birləşdirir. Mənə elə gəlir ki, bu təşkilatı daha da inkişaf etdirmək olar. GUAM-ın böyük potensialı var. Burada birləşən ölkələrin ortaq tarixi, bir sıra sahələrdə qarşılıqlı maraqları var. Bütün bu ölkələr ərazisinin işğalına məruz qalıblar. Ona görə, münaqişələrin həlli, beynəlxalq hüququn aliliyi, bütün beynəlxalq təşkilatlarda baxımından bu ölkələr birlikdə olsa, onlara qarşı olan haqsızlığın qarşısı alına bilər”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı