184 ictimai iaşə obyektində pozuntular aşkarlandı

18:27 18-06-2020 | icon 388 | İqtisadiyyat
184 ictimai iaşə obyektində pozuntular aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

 

Qurumdan Versus.az-a bildirilib ki, AQTA əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 182 ictimai iaşə obyekti, 223 ərzaq satışı mağazası olmaqla ümumilikdə 405 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Reyd keçirilən obyektlərdən 184-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

 

Bakı şəhəri üzrə:

 

Suraxanı rayonunda “Halal süfrə” restoranı, “Ballı” market

 

Binəqədi rayonunda fiziki şəxs Xəlilova Tovuz Kazım qızına məxsus kafe, “Şuşa” kafesi, “Ocaq” kafesi

 

Nəsimi rayonunda “Yuva” market

 

Yasamal rayonunda “Dondurma” market

 

Qaradağ rayonunda “Əli” market

 

Digər rayon və şəhərlər üzrə:

 

Abşeron rayonu Novxanı kəndində “Caspian Breeze” istirahət mərkəzi

 

Xaçmaz rayonunda Yaqubov Zəki Seyfulla oğlu və Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus ət satışı mağazaları (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)

 

Bərdə rayonunda fiziki şəxs Vəliyev Aydın Sabir oğlu, Hacıyev Elşad Rüstəm oğlu və Hüseynov Adil İsmayıl oğluna məxsus marketlər

 

İsmayıllı rayonunda fiziki şəxs Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana, Ələsgərov Elçin Əvsər oğluna məxsus ərzaq mağazası

 

Kürdəmir rayonunda fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus yeməkxana, Qəniyev Sadiq Səyyat oğluna məxsus “Bığ” restoranı

 

Şamaxı rayonunda Dəmirov Azər Zümürxan oğluna məxsus “Aqşin” kafesi, Yusifov Sahib Abdulməmməd oğluna məxsus ət satışı mağazası, “Rahat” market, Həsənov Qubad İbad oğluna, Qədirov Cahid Cavid oğluna və Səlifov Ülvi Vüqar oğluna məxsus ərzaq mağazaları

 

Göyçay rayonunda Babayev Nizami Sirac oğluna məxsus ərzaq mağazası

 

Göygöl rayonunda Babayev Orxan Ələmdar oğlu, Məmmədov Eldəniz Ağalar oğluna məxsus kafelər, “Dönər House” restoranı, “Dönər evi” kafesi, “Al market”, “Əminə” market, “Oba” market, “Pərvin” market və Allahverdili Seymur Hüseyn oğluna məxsus ərzaq mağazası

 

Şəki şəhəri Baş Göynük kəndində “Eltun” və “Xocalı” market

 

Zaqatala rayonunda İsgəndərova Nargilə Cəbrayıl qızına məxsus kafe

 

Lənkəran rayonu, Ürgə kəndində Bağırov Altay Sahab oğluna məxsus “Cənub” market, Rəhimli Əzizağa Həsənağa oğluna məxsus “Rəhimli” market, Həsənov Samir Atəş oğluna məxsus ərzaq mağazası, Əbilov Əkbər Hüseynağa oğluna məxsus “Nihad” market

 

Sabirabad rayonunda Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, İsmayılov Mübariz Mikayıl oğlu, İsmayılov Fuad Adil oğlu, Xəlilov İlham Sahib oğlu, Güləliyev Güləli Nizami oğlu və Əliyev Cavid Mustafa oğluna məxsus ərzaq mağazaları

 

Tovuz rayonunda “Zirvə”, “Yaşıl tala”, “Atan bulaq”, “Şəfa”, “Çatax”, “Ballı”, “Holiday” kafeləri və “Dağ” market

 

Beyləqan rayonunda “Sərin” restoranı və “Beyləqan” market

 

Siyəzən rayonunda Salmanov Səlim Kərim oğluna məxsus ərzaq mağazası

 

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

 

AQTA 184 obyektdə kobud qayda pozuntuları aşkarlayıb (FOTO) - Gallery Image AQTA 184 obyektdə kobud qayda pozuntuları aşkarlayıb (FOTO) - Gallery Image AQTA 184 obyektdə kobud qayda pozuntuları aşkarlayıb (FOTO) - Gallery Image AQTA 184 obyektdə kobud qayda pozuntuları aşkarlayıb (FOTO) - Gallery Image

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı