“İndiki vaxtda danışıqların nəticə verəcəyini gözləmək absurddur”

19:05 18-06-2020 | icon 368 | Siyasət
“İndiki vaxtda danışıqların nəticə verəcəyini gözləmək absurddur”

Elxan Şahinoğlu: "Ola bilsin, müşahidəçilər danışıqları bərpa etməyə niyyətlidirlər, amma..."

 

“Koronavirusdan öncə normal şəraitdə Azərbaycan və Ermənistan arasında danışıqlar aparılırdı. Heç bir nəticəsi olmadı”.

 

Versus.Az xəbər verir ki, bunu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən başlaması təklifinə münasibət bildirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, indiki durumda, bütün dünyada vəziyyətin gərgin olduğu vaxtda danışıqların nəticə verəcəyini gözləmək absurddur:

“Karantin rejimində bir neçə videokonfrans keçirildi. Amma ciddi danışıqlar olmadı. Ola bilsin, müşahidəçilər danışıqları bərpa etməyə niyyətlidirlər. Amma hansı prinsiplə bu həyata keçiriləcək? Ermənistan mərhələli həll prinsipini rədd edir. İndiki hakimiyyət, xüsusilə baş nazir Nikol Paşinyan danışıqları sıfırdan başlamağı təklif edir. Bu isə mümkün deyil. Çünki uzun illər danışıqlar aparılıb, prinsiplər müəyyənləşib, keçmiş hakimiyyət bu prinsiplər əsasında Azərbaycanla müzakirələr edib. Hər şeyə sıfırdan başlamaq yenidən vaxt itkisi, vəziyyətin gərginləşməsi deməkdir. Üstəlik, ermənilər bu müddətdə də sakit dayanmırlar, təxribatları davam etdirirlər, Şuşada “andiçmə” mərasimində iştirak edirlər, işğal altındakı torpaqlarımızda hərbi təlimlər keçirirlər, üstəlik hazırda Ermənistanla Qarabağ arasında üçüncü yolun çəkilməsinə çalışırlar. Bütün bunlar varkən, danışıqlardan nəticə gözləmək düzgün deyil”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı