“COVID-lə mübarizədə nəticələr bizi qorxudur”

19:36 18-06-2020 | icon 388 | Sağlamlıq
“COVID-lə mübarizədə nəticələr bizi qorxudur”

"Heç bir hökumət, heç bir dövlət tərəfindən arzu edilməyən qərarlarla qarşı-qarşıyayıq".

 

Versus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın eksperti, deputat Rəşad Mahmudov bu gün keçirilən brifinqdə bildirib.

 

O qeyd edib ki, hər bir ölkə fərqli metodlar tətbiq etməklə virusla mübarizə aparır:

"Virusun yayılmasında günahkar axtarmaq lazım deyil. Amma son 1 ayın nəticələri göstərdi ki, bütövlükdə cəmiyyətin qaydalara riayət etməməsilə daha ağır qərarlar vermək məcburiyyətindəyik. Hazırda 11 329 nəfər virusa yoluxub, bu isə 2,5 faizlik yoluxma deməkdir".

 

R.Mahmudov deyib ki, yay aylarında çətin də olsa yeni nizama uyğun həyat sürməliyik.

 

Onun sözlərinə görə, pandemiyanın bizə diqtə etdiyi vəziyyətlə mübarizə aparmaq məcburiyyətindəyik: 

"Yumşalma mərhələsindən sonra yenidən sərtləşməyə qərar verməyə məcbur olduq. Bu gün xəstəxana çarpayılarının getdikcə məhdud olması, COVİD-lə mübarizədə yeni nəticələr bizi ciddi qorxudur. Dövlət başçısının tapşırığı ilə ilkin mübarizə bütün dünya ölkələri üçün nümunə idi. Amma indi yaranmış vəziyyət Azzərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür