“Park Cinema”nın yeni layihəsi start götürüb

11:54 19-06-2020 | icon 882 | Şou-biznes
“Park Cinema”nın yeni layihəsi start götürüb

“Park Cinema” kinoteatrlar şəbəkəsi yeni bir layihəyə start verib. Dünəndən başlayaraq, “Park Cinema”nın YouTube kanalında “Takcinema” layihəsinin ilk buraxılışı yerləşdirilib. Həmin layihədə hər bir iştirakçı kino haqqında 10 sual verərək “Park Cinema” və onun tərəfdaşları tərəfindən hədiyyələr qazanır.



Layihənin aparıcısı “Park Cinema”nın premyeralarından xüsusi reportajlarla tanış olan Lyubadır. Hər bir verilişdə iki adi iştirakçı və bir ulduz qonaq suallara cavab verir. İlk buraxılışın ulduz qonağı aktyor və rejissor Bəhram Bağırzadə olub.

 


“Bəhram Bağırzadənin çəkilişləri 29 mayda həyata keçirilib. Biz bilirik ki, koronavirus infeksiyasına yoluxan Bəhram hal hazırda xəstəxanada müalicəsini alır. Ona və bu xəstəlikdən əziyyət çəkənlərin hamısına şəfalar diləyirik”, - “Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev deyə bildirib.


Onun sözlərinə görə, “Takcinema”nın buraxılışları hər həftə işıq üzü görəcək. “Həmçinin, *9111 “Ekonom Taksi” vasitəsi ilə taksi sifariş edən hər kəs bu layihədə iştirak şansını qazana bilər”, - Fətəliyev deyə bildirib.

“TakCinema”nın ilk buraxılışını bu linkdən görə bilərsiniz - https://youtu.be/ZjcbgVdFXgE.

Xatırladaq ki, “TakCinema” “Park Cinema” tərəfindən təqdim olunan yegənə videolayihə deyil. Bu yaxınlarda “Park Cinema” “BirBaşa Sual” (https://bit.ly/2N894C4) və “TapCinema” (https://bit.ly/2YLRCsb) layihələrini tamaşaçıların diqqətinə təqdim etmişdir.

 

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür