Razi Nurullayevdən yeni TƏKLİF

13:25 19-06-2020 | icon 275 | Siyasət
Razi Nurullayevdən yeni TƏKLİF

"Parlament rəhbərliyindən suvarma və içməli suya cavabdeh qurum rəhbərlərini parlamentə dəvət etməsini istərdim"

 

"Həm suvarma, həm də içməli su ilə bağlı cavabdeh olan qurumların açıqlamaları qəti şəkildə qəbuledilməzdir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
 
 
Deputat bu günə kimi Azərbaycanda yaşadığı hər yerdə istər içməli, istər əkin suyu problemi ilə qarşılaşdığını bildirib:
 
“Mən 1991-ci ildə tələbə olmuşam. O vaxt suyu 200 metrlik bir məsafədən daşıyırdıq. O gündən bu günə yadıma gəlmir ki, harada yaşayıramsa yaşayım, suvarma və içməli su problemim olmasın. Bütün sorğu etdiyim insanlarda, söhbətim olan burada oturan həmkarlarımda da analoji problemlər yaşanıb.
 
Bakı və Azərbaycanın rayon kəndlərində vətəndaşlar bağ salıb, həyətyanı sahələrində, bağ evlərində həvəslə ağaclar əkib, əkin əkib, yaşıllıqlar salıb. Amma hamısı quruyub. Hər il də əkirlər ki, bəlkə düzələr, amma hər il eyni vəziyyət təkrarlanır. Onun üçün də bir çox hörmətli həmkarlarım da artıq dözüm nümayiş etdirə bilmirllər”.
 
 
“Parlament rəhbərliyindən həm suvarma, həm də içməli suya cavabdeh qurumların rəhbərlərini parlamentə dəvət etməsini istərdim” deyən deputat bildirib ki, onlar gördükləri işlər barədə məlumat versinlər və gələcəkdə görüləcək planlar barədə danışsınlar:
 
“Bizim onlara hörmətimiz-izzətimiz var, onlara qarşı fikirlərimiz şəxsi motivlərə əsaslanmır. İstəyirik ki, vətəndaşlarımız dövlətindən, dövlətçiliyindən razı qalsınlar. Xahiş edirəm ki, hörmətli xanım sədr bu məsələnin mümkünlüyünü nəzərdən keçirəsiniz”.
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin