UNEC-in 90 yaşı tamam olur

15:36 19-06-2020 | icon 1138 | Təhsil
UNEC-in 90 yaşı tamam olur

Əsas hədəf dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir

 

Zəngin tarixə sahib olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu gün 90 illik yubileyini uğurlarla qeyd edir.

 

Universitetdən Versus.az-a verilən məlumata görə, 90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC” adı ilə brendləşdirilib. Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq Elektron Universitet modeli, elektron sənəd dövriyyəsi, “Bir  pəncərə” onlayn sistemi, əcnəbilərin və təkrar ali təhsilə qəbulun internet üzərindən həyata keçirilməsi sistemi yaradılıb. Ən müasir texnologiyalarla təchiz olunmuş və 20 min tələbəyə distant təhsil vermək gücündə olan “UNEC Extern” mərkəzi istifadəyə verilib.

 

UNEC-in ciddi tədqiqatlar aparan və tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə olunub, 30-dan çox tədqiqat mərkəzi yaradılıb. 9 nüfuzlu xarici universitetlərlə ikili diplom proqramının reallaşdırılılıb. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya alıb, Yunanıstanda akkreditasiyadan keçirilib və Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırılıb. 

 

Zaqatalada UNEC-in filialının açılması və Maliyyə-İqtisad kollecinin universitetin nəzdinə verilməsi ilə UNEC-in klasterləşməsi həyata keçirilib. Tələbə özünüidarəetməsində yeniliklərə imza atılıb. UNEC Yaradıcılıq Mərkəzi, İdman Klubu, UNEC Radionun fəaliyyətini təşkil edilib. 

 

UNEC Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri sırasında, eləcə də MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə nail olub. 

 

Bütün tədris binalarında ən müasir tələblərə cavab verən kitabxanalar və 24/7 fəaliyyət göstərən kitabxana qurulub. Texniki və texnoloji ixtisas üzrə 3000 tələbə üçün nəzərdə tutulmuş müasir tədris kompleksi inşa edilib. 

 

İş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B reallaşdırıldı. İlk dəfə olaraq, 2016-cı ildə UNEC-in QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmasına nail olunub. UNEC İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet sırasına daxil oldu və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçilib. UniRank reytinqində 2017-2020-ci illərdə UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçilib. Nüfuzlu “Webometrics” reytinqinə əsasən UNEC 2017-2020-ci illərdə “Google akademik istinadlarının sayı”na görə hər il Azərbaycanda birincidir.

 

“UI Green Metric World University Rankings” reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitet kimi tanınıb.

 

22 aprel 2020-ci ildə “THE İmpact Ranking” açıqladığı reytinqdə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerə yüksəlib.

 

U-Multirank bir neçə gün əvvəl açıqladığı reytinqə əsasən, UNEC iqtisadiyyat fənni üzrə artiq dünyanın 250 ən yaxşı universitetlərindən biridir.

 

Əsas hədəf isə “UNEC-100” İnkişaf Strategiyasına əsasən, UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol