"İsraildə diplomatik nümayəndəliyimizi açmağın tam zamanıdır"

21:13 19-06-2020 | icon 399 | Siyasət
"İsraildə diplomatik nümayəndəliyimizi açmağın tam zamanıdır"

Əlisahib Hüseynov: "Biz bu rəqabətdə üstünlüyümüzü heç bir halda düşmənə verməməliyik"

 

"Ermənistanın eyni vaxtda iki stulda əyləşməyə çalışması bütün ermənilərin ənənəvi xüsusiyyətidir. İslam ölkəsi sayılan İranla çox sıx dostluq və müttəfiqlik münasibətlərində olan Ermənistan indi də İsrail ilə münasibətlərini isti notlar üzərinə kökləməyə çalışır. Bu isə əsl nonsensdir".

 
 
Versus.Az xəbər verir ki, bu fikri açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri qeyd edib ki, İranla qardaşlıq iddiasında olan bir ölkənin İsraillə geniş siyasi-diplomatik əlaqələr qurmaq planları heç şübhəsiz ki, xoş niyyətlərdən xəbər vermir:
 
"Ermənistanın bu planları Azərbaycanla bütün sahələrdə rəqabətin bir parçasıdır. Biz bu rəqabətdə üstünlüyümüzü heç bir halda düşmənə verməməliyik. Düzdür, ölkəmizin indiyə qədər Təl-Əvivdə səfirliyi olmasa da, ancaq Azərbaycanla İsrail arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Lakin indi İsraildə səfirliyimizi açmağın zamanı artıq gəlib çatıb. Nəzərə alsaq ki, vaxtilə Azərbaycanda ilk səfirlik açan ölkələrdən biri də məhz İsraildir, indi də bizim cavab addımı atmağımızın, strateji müttəfiqimizin paytaxtında diplomatik nümayəndəliyimizi açmağın tam zamanıdır".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı