"Karantin rejimi o zaman ləğv olunacaq ki..."

09:55 20-06-2020 | icon 496 | Siyasət
"Karantin rejimi o zaman ləğv olunacaq ki..."

Fuad Əliyev: "Bununla bağlı karantin rejimi yumşaldılarkən öz fikrimi demişdim"

 

Xəbər verdiyimiz kimi, iyunun 21-dən başlayaraq gələn ayın 5-dək ölkədə koronavirusla əlaqədar sərt karantin rejimi tətbiq olunacaq. Qərardan sonra sosial şəbəkələrdə ikitirəlik yaranıb.

 

Versus.Az xəbər verir ki, bir qisim bu qərarı doğru saysa da, digər tərəf əleyhinə çıxış edir.

 

Ölkənin müxalif camiəsi daha çox sərt karantinin əleyhinədir. Doğrudur, qərarı təqdir edənlər də az deyil. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qərarı düzgün saydığını bildirib:

“Operativ Qərargah məlumat verir ki, hər gün 300 nəfərdən çox vətəndaş xəstələnir. Sağalan insanların sayı heç 150-ə çatmır. Fərq çox böyükdür. Ümumiyyətlə, hesab edirəm ki, iki ay karantin rejimini davam etdirmək lazım idi. Bununla bağlı karantin rejimi yumşaldılarkən öz fikrimi demişdim".
 
 
 
Partiya sədrinin fikrincə, karantin rejimi davam etdirilsəydi, indi hazırkı nəticə olmazdı:
 
"Bir də hər şey həqiqətən vətəndaşlarımızdan asılıdır. Karantin rejiminin qaydalarını pozmaq olmaz. Tibbi maska taxmaq, sosial məsafə saxlamaq lazımdır. Lazım olmayanda evdən çıxmaq olmaz. Hamılıqla bu qaydalara riayət etsək, onda karantin rejimi ləğv olunacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol