AXCP Mətbuat Katibinin babası da koronavirusa yoluxdu
Vüsal Qarayev: “Xəstəni evə qaytarıblar ki, təcili yardım çağırın, onlar aparacaqlar”
“Bu gün babamda Covid-19 aşkarlanıb. Testi həyata keçirən xəstəxana pandemiyalı xəstəni evə qaytarıblar ki, təcili yardım çağırın, onlar aidiyatı xəstəxanaya aparacaqlar. Saatlardır viruslu xəstə evdə sağlam insanlarla birlikdədir”.
Bunu Versus.Az-a AXCP-nin Mətbuat Katibi Vüsal Qarayev bildirib.
V.Qarayev deyir ki, xeyli vaxt keçməsinə baxmayaraq, "103" xidməti təcili yardım göndərməyib. Nəhayət xəstənin yaxınları özləri yaxınlıqdakı təcili yardıma gediblər. Orda bir neçə maşın sərbəst olduğu halda xəstənin yaxınlarına bildiriblər ki, - “biz 103-süz hərəkət edə bilmərik”.
Vüsal bəy vurğulayıb ki, "1542" çağrı mərkəzinə də saatlardır düşmək mümkün deyil:
“İndi biz nə edək? Sonra da deyirlər ki, vətəndaş məsuliyyətsizdir. Tamam, bəs buna nədir sözləri? Həkimi gözlədiyi bir neçə saat müddət ərzində xəstə virusu bir neçə insana yoluxdurdusa, bunun məsuliyətini kim daşıyır? Kimdir məsuliyətsiz? Bax bu durumda biz nə edək, buna cavab versinlər”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"