İqbal Ağazadənin müşaviri hökuməti qınadı

18:02 20-06-2020 | icon 530 | Siyasət
İqbal Ağazadənin müşaviri hökuməti qınadı

Mehriban Sadıqova pandemiya dövründəki neqativlərdən YAZDI:

 

Artıq günümüzün ayrılmaz hissəsiinə çevrilmiş koronavirus pandemiyasının "idealoji müharibə" olaraq bütün dünyada ağalıq iddiasında olması danılmaz həqiqətdir. Bütün ölkələr bu pandemiyaya qarşı özünəməxsus qorunma üsulu seçdilər. Və bizim ölkəmizdən fərli olaraq həmin ölkələrin seçdikləri bütün üsullar yalnız insanların sağlamlığına kökləndi.

 

Bizdə isə bu proses tam əksinə olaraq, əsəblərin tarıma çəkilməsinə, işsizliyin artmasına, xarici ölkələrdə təhsil alan tələbələrin öz vətənlərinə qayıda bilməməsinə - qısaca desək, "psixoloji müharibəyə" səbəb oldu. Bu "psixoloji müharibənin" həyata keçirilməsində isə Operativ Qərargahın rolu danılmazdır. Pandemiya dövrü xalqın acınacaqlı günlərinin başlanması, hakimiyyətin mübarizə üsulunun sadəcə "görk" yaratma olmasından başqa bir şey olmadığının göstəricisi oldu. Pandemiyanın ilk günlərində təhlükəsizlik üçün insanlar apteklərə üz tutdu. Bu ərəfədə "maska və spirt biznesi" formalaşdı. Maskalar gizlədildi və qiymətlər artırıldı. Vəziyyəti belə gördükdə "baş bilənlər", məsələn, baş infeksionist C.İsayev, sözsüz ki, bunu ona dedizdirmişdilər, "vətəndaşlar maska taxmaya bilər, maska xəstəliyə yoluxanlar üçün əhəmiyyətlidir" açıqlamaları ilə çıxış etdilər. Paradoksal fikir və qərarlar isə maska istehsalına başlandıqda yarandı. Dediklərinin fərqində olmamaqla gündəmə gələn "başbilənlər" bu dəfə hər yerdə maska taxmağın zəruriliyini vurğuladılar. Hər məcburi qadağa isə insanların əksgöstərişləri ilə qarşılandı. "Maska taxmayanlar ən sərt şəkildə cəzalanacaqlar" xəbərdarlığı bu dəfə də fiaskoya uğradı. Maska taxanlar yalnız cərimədən qorxub metrodan istifadə etmək zərirəti olanlar oldu. Anormal qərar və göstərişlər axan xətt ilə davam etdi. "Alınmış tapşırıqlara" sözsüz əməl etməyə alışmış hakimiyyət günə 26 yoluxma olduqda sərt karantin elan etdi. 150 yoluxma halı ilə isə karantini bitirdi. Sərt tədbirlər tam olaraq yumşaldıldı. Ehtiyac olmadığı hallarda “Moll”lar, əyləncə mərkəzləri açıldı. Halbuki, sadəcə marketlər və restoranlar (qaydaların gözlənilməsi şərti ilə) açılsaydı kifayət edərdi.

 

Yuxarıda adlarını sadaladıqlarımın açılması məcburi deyildi. Sərt karantin rejimi yalnız "cərimə yığımı"-nı artırdı. Və azərbaycanlılara məxsus "hörmət biznesini" gücləndirdi.

Daha sonra başqa ölkələrdə tətbiq olunan "2 günlük" karantin rejiminə start vetildi. Bu günlər isə yaddaşımıza "zibil atma mədəniyyəti" və polisin xalqla "əsrarəngiz" rəftarı kimi daxil oldu.

 

Koronavirusun süjet xəttini izah etsək deyə bilərik ki, bu günlər koronavirusun Azərbaycan mərhələsinin "kuliminasiya nöqtəsi" idi. Kuliminasiya enməkdə olarkən isə Opetativ Qərargah daha bir ağlasığmaz göstəriş ilə çıxış etdi. Ağızdolusu “uşaqlar bizim gələcəyimizdir" deyərək, gəzinti və təmiz havaya daha çox ehtiyacı olan körpələrimizin "itlər" qədər dəyəri olmadığı fikrini də təsdiqlədi. Sanki, bu qərarla insanları ələ saldı və onun üçün vətəndaşın “alətdən" başqa bir şey olmadığını bildirmək istədi. Beləcə "psixoloji müharibə formalaşdırmış Operativ Qərargah planlanmamış qərarları ilə insanlarda hakimiyyətə inamsızlığı tam artırdı. “Evdə qal” deyərək vətəndaşının evdə qalıb nə yeyəcəyini düşünmək istəməyən hakimiyyət obrazı yaratdı. Və ya bilməyərəkdən olanları aşkara çıxardı. Obrazlı şəkildə desək, "bağlı süfrəni açıb ortaya qoydu".

 

Pul siyasəti hakimiyyətin “prioritet siyasəti" olduğu üçün fond yaradıldı. Fonda ianələr daxil olundu. Bu prosesdə də ənənələr unudulmadı. Bəziləri özlərini göstərmək, bəziləri də məcburi olaraq prosesə qatıldı. Və həmişə olduğu kimi, yenə Xalq bu ianələrdən xəbərsiz qaldı.

 

Tarixən hakimiyyətlərin idarəetmələrinin çətin məqamlarında Xalq fenomeninə üstünlük verməsi hamımıza bəllidir. Bu hakimiyyət də yaratmış olduğu Öperativ Qərargahı ilə "xalq sevgisini" bəyan etdi. Bu "sevgi" xalqa "psixoloji müharibə" yaşatmaq sevgisi idi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”