Ermənistanda siyasi böhran və Paşinyanın çabaları

09:54 21-06-2020 | icon 703 | Geopolitika
Ermənistanda siyasi böhran və Paşinyanın çabaları

Dinarə Məmmədova: "Paşinyanın yeganə məqsədi öz hakimiyyət müddətini uzatmaqdır"

 

"Ermənistanda nə baş verir? Necə oldu ki, Qərbdə demokrat sayılan Paşinyan demokratiyadan uzaqlaşdı? Vaxtı ilə özü parlament deputatı olaraq etiraz aksiyaları, yuruşlər, mitinqlər təşkil edirdi. Və deputat toxunulmazlığını götürmək üçün parlamentdə məsəl qaldırmırdılar. İndi isə Paşinyan, hökümətin üzvü, baş prokuror parlamentə, onun əsas rəqibi olan müxalifətçi deputat Tsarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərir. Parlament də Tsarukyanın toxunulmazlığını ləğv edir və bu qərar onun həbsinə yol açır".

 
 
Bu fikirləri Versus.Az-a Ermənistanda gedən son proseslərlə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova deyib.
 
 
Paşinyanın əsas rəqibi olan Tsarukyana və müxalif partiyasının üç üzvünə cinayət işinin açıldığını vurğulayan müşavir qeyd edib ki, Ermənistanda indi siyasi böhrandır:
 
"Paşinyan indi çalışır bu siyasi böhrandan az itkilərlə çıxsın. Onun başçılıq etdiyi hökümətin bir gündə üç nazirin istefası, verilən anti-demokratik qərarlar həm daxildə, həm də xaricdə reytinqin düşməsinə gətirib çıxarıb. 
Məlum məsələdir ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Və Qərb Paşinyanın anti-demokratik addımlarını görərək susur".
 
 
D.Məmmədova bildirib ki, bu məsələdə hardasa Rusiya amili də var. Belə ki Putin açıq şəkildə Koçaryanı və müxalifəti dəstəkləyir:
 
"Bir neçə dəfə təziyq edəndən sonra Paşinyan məcbur oldu Koçaryanı azadlığa buraxsın. Qərbin Paşinyanın bu anti-demokratik addımlara susması, onu dəstəkləyənlərin Paşinyana etimadın itirilməsi ilə əlaqədərdir. Artıq Qərb də başa düşür ki, Paşinyan demokrat libasını dəyişib, avtoritar hakimiyyət qurub. İndi isə aydındır ki, Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır".
 
 
LƏMAN
Versus.AZ
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı