Partiyalara xəbər

15:38 21-06-2020 | icon 473 | Siyasət
Partiyalara xəbər

Təsis konfransı onlayn ola bilər

 

“Əgər biz distant təhsili, əhəmiyyətli konfransların onlayn şəkildə keçirilməsini mümkün hesab ediriksə, partiyaların təsis konfransları da onlayn ola bilər”.

 

Versus.Az xəbər verir ki, bunu dövlət qeydiyyatına alınmaq üçün müraciət edən siyasi partiyaların aqibəti haqqında danışarkən Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə deyib.

 

O, xatırladıb ki, hazırkı qanunvericiliyə görə, onlayn şəkildə keçirilmiş təsis qurultayının hüquqi əsası yoxdur:

 “Koronavirus pandemiyasının nə zaman bitəcəyini heç kəs proqnozlaşdıra bilmir. Bununla əlaqədar məhdudlaşdırmalar, qabaqlayıcı addımlar həyata keçirilir. Pandemiyanın mümkün qədər tez aradan qalxması üçün zəruri hər şey edilir.

Bu durumda yeni partiya qurmaq, təsis qurultayı keçirib, partiyasını qeydiyyatdan keçirmək istəyənləri başa düşürəm. Hesab edirəm ki, prinsipcə təsis qurultayının da onlayn şəkildə keçirilməsinə, bunun leqallaşdırılmasına baxıla bilər. Əgər biz distant təhsili, əhəmiyyətli konfransların onlayn şəkildə keçirilməsini mümkün hesab ediriksə, partiyaların təsis konfransları da onlayn ola bilər.

Gələcəkdə siyasi partiyalar haqqında qanuna bu variantın da əlavə edilməsini mümkün hesab edirəm. Lakin bu konfransın texnologiyası, buna nəzarət edilməsi məsələsi axıracan işlənilməlidir. Milli Məclisin payız sessiyasında belə bir təklif gələrsə, müzakirə etmək olar”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin