Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ÖTÜB

12:02 22-06-2020 | icon 540 | Sağlamlıq
Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ÖTÜB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən dünyada koronavirusa yoluxanların sayı sutka ərzində 183 mindən çox artaraq 9 milyonu keçib. Ölənlərin sayı 4 mindən çox artaraq 462 minə yaxın oldu.

 

Versus.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

 

Bildirilib ki, dünyada 9 046 215 yoluxma və 461 715 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 183 020, ölənlərin sayı 4743 nəfər artıb.

 

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 4 279 854. Sutka ərzində bu göstərici 116 041 artıb. Orada ölənlərin sayı 3 241 nəfər artaraq 219 144-ə çatıb. Avropada 2 527 618 yoluxma və 193 086 ölüm faktı qeydə alınıb. 24 saat ərzində orada yoluxanların sayı 17 922, ölənlərin sayı 442 nəfər artıb.

 

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 897 403-ə çatdı, 20 075 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 18 975 nəfər artıb, 515 nəfər ölüb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu