Xəlil Rzanın ANIM GÜNÜDÜR

12:18 22-06-2020 | icon 1764 | Ədəbiyyat
Xəlil Rzanın ANIM GÜNÜDÜR

Bu gün Azərbaycanın böyük istiqlal şairi və ictimai xadimi, filologiya elmləri doktoru, mərhum professor Xəlil Rza Ulutürkün anım günüdür.



Versus.az xəbər verir ki, Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub.



İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən o, öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanıb. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.



1949-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilib. Sonra onun ilk şerlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunub. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiy-yatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edərək fılologiya elmləri namizədi elmi dərəcəsi alıb.

1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilib. Şeirlərini müxtəlif təxəllüslərlə çap etdirən şair sonralar ömrünün sonunadək bütün şerlərini «Xəlil Rza Ulutürk» təxəllüsü ilə çap etdirib.



O, milli-azadlıq hərəkatının öncüllərindən olub. Məhz buna görə Xəlil Rza “şübhəli şəxs” kimi təqib olunub, 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyinin əməkdaşları tərəfindən həbs edilərək, Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilməyib, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirib.  8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alıb.


Xəlil Rza 22 iyun 1994-cü ildə vəfat edib.

İstiqlal şairinin oğlu Təbriz Xəlilbəyli 1 fevral 1992-ci ildə 27 yaşında Qarabağ savaşında şəhid olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...