Milli Məclisdə qanun layihələrinin müzakirəsinə seçicilər də qatılacaq

12:29 22-06-2020 | icon 509 | Siyasət
Milli Məclisdə qanun layihələrinin müzakirəsinə seçicilər də qatılacaq

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində  ötən ildən başlamış və bu il daha geniş vüsət almış çoxşaxəli islahatlar kursu hakimiyyətin bütün qanadlarını, o cümlədən ölkə parlamentini də tam şəkildə əhatə edib. Bu, həm milli qanunvericiliyin yeni çağırışlar fonunda  daha da təkmilləşdirilməsini,  həm də zamanın tələbləri baxımından çevik və müasir iş üslubunun tətbiqini zəruri edir. Bu baxımdan indiki dövrdə fəaliyyət elə təşkil olunmalıdır ki, qanunyaratma prosesinin ən vacib mərhələsi olan normativ hüquqi aktların müzakirəsi və qəbulu daha çevik və səmərəli şəkildə həyata keçirilsin, zamanla ayaqlaşa bilsin, ölkədə baş verən mütərəqqi, innovativ yeniliklərə uyğun olsun. Ona görə də Milli Məclisin qanunvericilik işləri planına uyğun olaraq rəhbərlik etdiyim komitənin üzərinə düşən məsələlərin vaxtında və məhsuldar müzakirəsinin təşkili ilə bağlı yeni yanaşmalara üstünlük veriləcək”.

 

Versus.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

 


Əli Hüseynli qanun layihələrinin müzakirəsi zamanı seçicilərin də prosesə cəlb edilməsinin zəruriliyini qeyd edib:


“Düşünürəm ki, qanunvericilik təşəbbüsü hüququ əsasında müvafiq subyektlərin təqdim etdikləri dövlət quruculuğu və hüquq siyasəti predmeti olan layihələrin müzakirəsindən əlavə, ortaya çıxan zəruri hallar nəzərə alınmaqla digər yeni təkliflərin araşdırılmasına da ciddi diqqət yetirilməlidir.

Daha mükəmməl nəticələr əldə etmək məqsədi ilə çalışacağıq ki, layihələri həm də geniş ictimai müzakirə müstəvisinə çıxaraq, tanınmış mütəxəssisləri, ekspertləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə yanaşı, seçiciləri də bu prosesə fəal şəkildə cəlb edək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür