Mətbuat Şurasının jurnalistlərlə bağlı müraciəti HƏLL OLUNDU

11:16 23-06-2020 | icon 532 | KİV
Mətbuat Şurasının jurnalistlərlə bağlı müraciəti HƏLL OLUNDU

"Mətbuat Şurasının VÖEN əsasında fəaliyyət göstərən jurnalistlərlə bağlı müraciəti müsbət yöndə həll olundu".

 

Versus.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının müavini Müşfiq Ələsgərli bildirib:

 

"Məlumat vermişdik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 21 iyun- 5 iyul tarixləri üçün elan etdiyi xüsusi karantin rejimi müddətində fəaliyyətinə icazə verilən sahələr sırasında KİV-lər də yer alıb. KİV-lərin əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsindən sonra yol verilir.

 

Əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlərin məsələsi açıq qalmışdı ki, bu da həmin kateqoriyalı jurnalistlərdə narahatlıq yaratmışdı. Onların da gündəlik işə gəlib-getməsi zərurətini nəzərə alaraq Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov NK yanında Operativ Qərargahla danışıqlar aparıb (http://www.tezadlar.az/index.php…).

Artıq NK OQ açıqlama yayaraq mülki hüquqi müqavilə əsasında fəaliyyət göstrərən jurnalistl'rin məsələsinə aydınlıq gətirib. Bildirilib ki, VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra hərəkətinə yol verilir.https://nk.gov.az/az/article/904/

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı