Bərdədə FACİƏ - Ata traktoru aşırdı, oğlu öldü

12:08 23-06-2020 | icon 357 | Hadisə
Bərdədə FACİƏ - Ata traktoru aşırdı, oğlu öldü

İyunun 22-də saat 22 radələrində Bərdə rayon ərazisində 2005-ci il təvəllüdlü Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

 

Versus.az xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilib.

 

Müəyyən edilib ki, həmin gün rayon ərazisində 1971-ci il təvəllüdlü Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu Elnur Məmmədli ilə birlikdə rayon ərazisində yolda hərəkətdə olarkən idarəetməni itirib. Traktorun aşması nəticəsində E.Məmmədli müxtəlif bədən xəsarətləri almaqla hadisə yerində ölüb.

 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin