“Dağıdıcı qüvvələr çirkin əməllərindən qalmırlar”

14:55 23-06-2020 | icon 913 | Siyasət
“Dağıdıcı qüvvələr çirkin əməllərindən qalmırlar”

Rəhim Qəmbərov: “Onlar dövlətimizin imicinə kölgə salmaq istəyrlər”

 

“Dövlətin koronavirusla mübarizə apardığı və hətta müxalifət partiya rəhbərlərinin də bu mübarizədə iqtidara dəstək olduğu bir vaxtda düşmən dəyirmanına su tökən bəzi sapı özümüzdən olan “balta”lar öz çirkin əməllərindən əl çəkmirlər. Onlar ölkədə yaranmış gərginliyə siyasi don geyindirməklə dövlətimizin imicinə kölgə salmaq istəyrlər”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının Nərimanov rayon təşkilatının sədri Rəhim Qəmbərov bildirib.

 

Təşkilat sədri qeyd etdi ki, təbii olaraq koronavirus təhlükəsi, karantin rejimi insanları yorur, psixolojisini pozur. Bu zaman özlərindən asılı olmayaraq şikyətlənirlər ki, dağıdıcı qüvvələr də bundan öz xeyirlərinə yararlanırlar:

“Kimin nə problemi varsa sanki karantin rejimi olduğu bir vaxtda qalıbmış kimi məhz bu ərəfələrdə narazılıq etməyə başlayıblar. Bir-iki adını müxalifət qoymuş adamlar da onları danışdırıb çəkir, sonra sosial şəbəkələrdə yayırlar ki, bəs dövlət başçısı öz vətəndaşının qayğısına qalmır. Soruşuram, necə qalmır ki, az qala bütün xəstəxanaları koronavirus xəstələri üçün ayrılmasına göstəriş verir, xüsusi xəstəxanalar açdırır, imkansız insanları dövlət yardımı ilə təmin edir? Bu qədər də insafsızlıq, naşükürlük olmaz axı. Dövlət öz vətəndaşlarını bu pandemiya bəlasından az itkiylə çıxarmaq istəyir. Buna görə vacib bilinən bütün tədbirləri görür. Bəs insanlarımız neyniyir? Nə tibbi qaydalara əməl edirlər, nə də karantin qadağalarına”.

 

R.Qəmbərovun sözlərinə görə, bu azmış kimi burdakı havadarlarının sayəsində xaricdə sığınacaq tapıb ordan Azərbaycan əleyhinə çıxışlar edən bir neçə dələduz da bir tərəfdən insanları çaşdırır:

“Milli şura deyilən bir qurum var, guya ağıllı adamlar yığışıb orda problem müzakirə edirlər. Öz davranışlarındakı, danışıqlarındakı anormallığı nümayş etdirməkdən başqa heç nə etmirlər. Biz MMP olaraq vətəndaşlarımıza müraciət edirik ki, o cür araqarışdıran, mənfur fikirli insanlara fikir verməsinlər. Gəlin ölkə rəhbəriylə əl-ələ verib ölkəmizin bu bəladan tez və az itkiylə qurtarmasına çalışaq. Bunun üçün bizlərə sadəcə qoyulan qadağalara riayət etmək qalır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”