"Karantin şərtlərinə qeyd-şərtsiz əməl edin"

15:18 23-06-2020 | icon 606 | Siyasət
"Karantin şərtlərinə qeyd-şərtsiz əməl edin"

Fuad Əliyev: "Partiya üzvlərimizə qərargaha gəlməyə yasaq qoymuşuq"

 

“Yenidən iki həftəlik karantin rejimi elan olunmasına baxmayaraq, biz ALDP olaraq tam fəaliyyətsiz qalmamağa çalışırıq".

 

Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycanda iyunun 21-dən etibarən gələn ayın 5-nə qədər koronavirusla bağlı tətbiq edilmiş xüsusi karantin rejimində partiyaların fəaliyyəti ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

Partiya sədri işlərini davam etdirdiklərini söylədi:

"Təbii ki, bunu özümüzün və digərlərinin sağlamlıqlarını təhlükəyə ata biləcək karantin şərtlərini pozmamaq şərti ilə edirik. Müasir texnologiyaların yaratdığı imkanlardan istifadə edərək, artıq ənənəvi onlayn iclasları keçiririk. Buna baxmayaraq, həm mən, həm də partiya rəhbərliyinə daxil olan şəxslər imkan olduqca partiyanın ofisində də oluruq. Amma partiya üzvlərimizə qərargaha gəlməyə yasaq qoymuşuq".

 

F.Əliyev vurğuladı ki, ALDP üçün hazırda ən vacib məsələ xalqımızın sağlamlığı və təhlükəsizliyidir:

"Odur ki, bu istiqamətdə üzərimizə düşəni edirik və bundan sonra da edəcəyik. Artıq xəstəxanalarda yer olmadığına görə koronavirus xəstələri də qəbul etmirlər, deyirlər ev şəraitində müalicə alın. Ona görə karantin şərtlərinə qeyd-şərtsiz əməl etməyi vətəndaşlardan xahiş edirəm”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol

Növbədənkənar Parlament seçkiləri GÜNDƏMƏ GƏLDİ