AQTA növbəti reydini keçirdi

17:26 23-06-2020 | icon 735 | İqtisadiyyat
AQTA növbəti reydini keçirdi

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətindən bildirilib.

 

Bildirilir ki, AQTA əməkdaşları tərəfindən 22 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 97 ictimai iaşə obyekti, 221 ərzaq satışı mağazası olmaqla ümumilikdə 318 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Reyd keçirilən obyektlərdən 186-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

 

Bakı şəhəri üzrə

Xətai rayonunda “Ailəvi” market

Yasamal rayonunda “Grandmart” market

Səbail rayonunda “Spar” market

Qaradağ rayonunda “Cənub” market


 
Abşeron rayonu, Masazır qəsəbəsində “Şərq” market

 

Bərdə rayonunda “Təbriz” market ,“Veysəloğlu” market, Əzizov Ceyhun İsmayıl oğlu və Məmmədyarov Tofiq İsfəndiyar oğluna məxsus kafelər

 

Gəncə şəhərində “İlkin” market, “Qold” market, “Al market”, “Şan” market, “Uğur” market, “Əminə” market, “D.A.A.F” market və Abdullayev Pərviz Təvəkkül oğluna məxsus ərzaq mağazası

 

Sabirabad rayonunda Xəlilov Namiq Gülağa oğluna məxsus kafe, Aslanov Etibar Həsənağa oğlu, Qurbanov Tarıverdi Ağacan oğlu, Ələsgərov Nurlan Sahib oğluna məxsus ərzaq mağazaları

 

Qəbələ rayonunda “Yeni Həyat” market, Mikayılov Adil Nadir oğluna və Həmidov Tacəddin Siracəddin oğluna məxsus ərzaq mağazaları

 

Şəki şəhərində Hüseynov Habil Hüseyn oğluna və Musayev Sərdar Vəliyəddin oğluna məxsus kafelər

 

Qax rayonunda Hacıyev Vüqar Fəxrəddin oğluna məxsus kafe

 

Balakən rayonunda Nurəddinov Abduzahir Nurullah oğluna məxsus ət satışı mağazası

 

Tovuz rayonunda “Qafqaz” restoranı

 

Lənkəran rayonu, Vilvan kəndində “Şənay” market, “Limon” kafe, Girdəni kəndində “Dəmirağac” market

 

Kürdəmir rayonunda Quliyev Cəbrayıl Natiq oğluna, Bayramov Elnur Əziz oğluna məxsus yeməkxanalar

 

Göyçay rayonunda Şirinli Əli Şahin oğlu, Səmədov İlham Möhlət oğlu, Hacıməmmədov Eldəniz Səmid oğlu, Süleymanov Elşən Paşa oğluna məxsus ərzaq mağazaları

 

İsmayıllı rayonunda Abdullayev Rəşad Nəriman oğlu, Comərdov Həbib Mansur oğlu, Cəfərli Nazim Süphan oğluna məxsus ət satışı mağazaları və Əsədov Fərid Azad oğluna məxsus ərzaq mağazası

 

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

 

AQTA növbəti  reydini keçirdi AQTA növbəti  reydini keçirdi AQTA növbəti  reydini keçirdi AQTA növbəti  reydini keçirdi AQTA növbəti  reydini keçirdi 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür