Koronavirusun ömürlük fəsadları AŞKARLANDI

08:47 24-06-2020 | icon 656 | Sağlamlıq
Koronavirusun ömürlük fəsadları AŞKARLANDI

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri iddia edirlər ki, koronavirusun fəsadları virusa yoluxmuş insanları bütün həyatı boyu təqib edə bilər.

 

Versus.az xəbər verir ki, bu barədə "The Daily Telegraph"a agentliyi xəbər yayıb.

 

Ekspertlərin sözlərinə görə, COVID-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

 

Qeyd edilir ki, koronavirusadan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edə bilər. Keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər. Virusdan sağalan hər on britaniyalıdan birinə ürəyin kəskin zədəsi diaqnozu qoyulur.

 

Bundan başqa, alimlər tez-tez bildirirlər ki, koronavirus Alsqeymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.

 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı