“İdeyadan Biznesə” startap turunun qalibi müəyyənləşib

18:10 08-06-2018 | icon 139 | İqtisadiyyat
“İdeyadan Biznesə” startap turunun qalibi müəyyənləşib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Quba şəhərində keçirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a verilən məlumata görə, nazirliyin Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft” şirkətinin təşkilatçılıq, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlıq etdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

 

Quba Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Qusar, Xaçmaz, Şabran, Siyəzən və digər ətraf rayon və şəhərlərdən olan 50-dək gənc qatılıb.

 

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunub, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Daha sonra mentorlar tərəfindən seçilmiş layihələr birincilik uğrunda mübarizə aparıb. Layihə müəlliflərinin hər çıxışından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub. İkinci hissənin sonunda münsiflər Quba üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirib.

Belə ki, 1-ci yerin sahibi “Edu Record” layihəsi ilə Əlizadə Cəmil, “Sintetik futbol” ideyası ilə Müslümov Elxan 2-ci, “Home study” ideyası ilə Muradxanova Nərgiz 3-cü olub.

 

Məlumat üçün bildirək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

Turların ətraf rayon və şəhərləri də əhatə etməklə Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, startap turları Mingəçevir və Lənkəran şəhərində keçirilib və qaliblər müəyyənləşib.

Xəbər lenti

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qırmaq atırlar” - MÜSAHİBƏ

Razi Nurullayev: “İmkan vermək olmaz ki, onlar hakimiyyətə gəlmək üçün Rusiyanın qarşısında aşağılayıcı öhdəliklər götürsünlər”

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

Millət vəkili Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

“Əlillər evdən bayıra çıxa bilməyəcək”

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb

"Rəhbər vəzifələrə maraq azalıb"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək

"Populist çıxışlarla gündəmdə qalmaq istəyir"