Əksəriyyət üçün öncüllük və liderlik edən ŞƏXSİYYƏTDİR

10:35 24-06-2020 | icon 4581 | Kürsü
Əksəriyyət üçün öncüllük və liderlik edən ŞƏXSİYYƏTDİR

Sağlığında Elçibəy onu tənqid və hətta təhqir edənləri də bağışlamışdı

NƏSİMİ MƏMMƏDLİ

 

Azərbaycan siyasi tarixinin ən uca zirvəsi şəriksiz olaraq Məhəmməd Əmin Rəsulzadədir. Onun tariximizdəki misilsiz rolunu bütün yetkin və qərəzsiz insanlar minnətdarlıqla və tərəddüdsüz qəbul edir. Çağdaş siyasi tariximizi zənginləşdirən öndər şəxsiyyətlərdən biri də Əbülfəz Elçibəydir. Yaşasaydı bu gün 82 yaşı olacaqdı. Millətimizin əksəriyyəti onu müstəqilliyimizin yenidən bərpasına öncüllük və liderlik edən şəxsiyyət kimi qəbul edir.

 

Əbülfəz Elçibəy Azərbaycanın ilk və hələlik sonuncu demokratik yolla seçilmiş prezidenti idi. O, prezidentliyi müddətində xalqın və dövlətin bir manatına da əl uzatmadı. Dünyanın ən kasıb prezidenti kimi qürurlu titul yəqin ki əbədi olaraq ona məxsus olacaq.


Hətta bəzən onu kasıb olduğuna, rüşvət almadığına, özünə sərvət toplamadığına, övladlarının adına xaricdə bank hesabları açmadığına, xalqı ilə yumşaq davrandığına, hakimiyyətini qorumaq üçün qardaş qanı tökmədiyinə görə qınayanlara da rast gəlirik.


Amma hətta ona müxalifətdə olanlar da heç vaxt onun barəsində korrupsioner, rüşvətxor, oğru, tamahkar, hakimiyyət hərisi, zülmkar, ədalətsiz prezident sözünü işlətmədilər. Nəinki işlətmədilər, heç ağıllarından belə keçirmədilər.

 

Elçibəyin bir illik iqtidarı çox böyük işlərə imza atdığı kimi səhvləri də olmuşdu. Səmimi söhbətlərində səhvlərini etiraf etməkdən çəkinmir və bir gün onları düzəltmək fürsəti olacağına inanırdı. Təəssüf ki, əcəl imkan vermədi...

 

Sağlığında Elçibəy onu tənqid və hətta təhqir edənləri də bağışlamışdı. Onun şəxsiyyətini bəyənməyən, hakimiyyətdən getməsi üçün çalışan insanların heç birinə kin bəsləmirdi. Millətin həmrəyliyi, ölkənin ərazi bütövlüyü və müstəqilliyi naminə daim güzəştə hazır idi.

 

O, iqtidardan salındıqdan sonra ölkənin xarici siyasət kursu qismən sabit qalsa da, daxili siyasətdə çox ciddi mənfi dəyişiklik baş verdi. Ölkə tamamilə fərqli siyasi kurs götürdü. İnsan hüquq və azadlıqlarına hörmət ortadan qalxdı, qanunun aliliyi arxa plana keçdi, söz və mətbuat azadlığı boğuldu, siyasi azadlıqlar yox edildi, ənənələrə və hüquqa söykənən bütün münasibətlər sistemi pozuldu, vətəndaşların ədalətli, ləyaqətli, azad yaşaması imkanları tükənmək üzrədir.

 

Zaman göstərdi ki dövlətimiz üçün Elçibəyin də daim sadiq qaldığı “demokratik cümhuriyyət” kursunun alternativi yoxdur. Tale elə gətirdi ki nə Elçibəy özü, nə də yüzlərlə dünyasını dəyişən əqidədaşları bu kursun qəti qələbəsini görmədən haqq dünyasına köçdülər.


Təəssüf ki hələlik müsbət nəticələrə nail olunmasa da, bu kursun indi də kifayət qədər layiqli, prinsipial, savadlı davamçıları var. Ölkəni düşdüyü bu ağır sosial-siyasi durumdan çıxarmaq üçün çalışmalar artmaqdadır. Beynəlxalq və yerli şərait yaranan kimi bu siyasi kursun ölkədə yenidən iqtidar olacağına qətiyyən şübhə etmirəm.


Allahdan Elçibəyə rəhmət diləyirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI