"Xalq onu sevir və adı gələndə hörmətlə anır"

13:07 24-06-2020 | icon 420 | Siyasət
"Xalq onu sevir və adı gələndə hörmətlə anır"

Razi Nurullayev: "Elçibəy tək-tək insanlar sırasındadır ki, ona xalqın məhəbbətini qazanmaq nəsib olub"

 

"Bu gün Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin dünyaya göz açdığı gündür. Biz onu fəxr və qürurla anır, ruhuna dualar edirik. Bu müqəddəs, gözəl, səmimi ruhlu insana siyasi cəhətdən sahib çıxmış və çıxmaqda davam edəcəyik".

 

Versus.Az xəbər verir ki, bu barədə AXCP sədri, millət vəkili Razi Nurullayev "facebook" hesabında yazıb.

 

Millət vəkili qeyd edib ki, Əbülfəz Elçibəy Azərbaycan xalqının gözündə təmizlik, saflıq, dürüstlük və siyasi vicdanlılıq mücəssiməsidir. Xalq onu sevir və adı gələndə hörmətlə anır:

"İnsanın bu dünyadan aparacağı mal-mülk onun şərəfli həyatı, dürüstlüyü, vicdanı və humanistliyidir. Heç kim villalarını, bahalı maşınlarını, milyardlarını kürəyinə çatıb o dünyaya aparmayıb. Yalnız üç metr ağ kəfən. Əbülfəz Elçibəy ağ kəfənin içində ruhunu sakitləşdirəcək dəyərlər aparıb. O dəyərlər də elə ruh kimidir. Gözə görünməz, kürəyə çatılmaz, mülk kimi miras verilə bilməz.

Elçibəy tək-tək insanlar sırasındadır ki, ona xalqın məhəbbətini qazanmaq nəsib olub.

Elçibəyin ruhunu daima yaşatmaq, onun arzuladığı mütərəqqi ideyaları yerinə yetirməkdə israrlıyıq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin