SOCAR cəsədləri tapılan neftçilərlə bağlı məlumat YAYDI

13:16 24-06-2020 | icon 620 | İqtisadiyyat
SOCAR cəsədləri tapılan neftçilərlə bağlı məlumat YAYDI

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında bildirilir.

 

Məlumata görə, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb:

“Cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib. Analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcək. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik”.

 

Rəsmi məlumata görə, digər cəsədin qalıqlarının analizləri davam etdirilir.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

 

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

 

Bir müddət əvvəl  itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin tanınan meyitləri tapılaraq ailələrinə təhvil verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı