“Avrasiya İttifaqı Azərbaycanın nəyinə lazımdır”
Zərdüşt Əlizadə: “Rusiya Qarabağ məsələsindəki mövqeyini dəyişməyəcək, ona görə də bu istiqamətdə aparılan müzakirələr də boş söhbətlərdir”
“Azərbaycanın Avrasiya Birliyinə üzv olmaq üçün həmin quruma müraciət edəcəyi ilə bağlı səslənən ehtimallar mənasız söhbətlərdir”.
Bunu Versus.Az-a politoloq Zərdüş Əlizadə siyasi şərhçilərin Bakının Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu almaq üçün təşkilata müraciət edəcəyi ehtimalı və Ermənistanın verəcəyi əks təpki ilə bağlı xarici işlər naziri Zoqrab Mnatsakanyanın “Kommersant” qəzetinə verdiyi açıqlamasını şərh edərkən bildirib.
Z.Əlizadə bildirib ki, nə Avropa, nə də Avrasiya Birliyində iştirak Azərbaycana heç nə verməyəcək. Bu, Azərbaycan hakimiyyətinin müstəqil davranışına maneə ola biləcəyi üçün bu qurumla müəyyən məsafə saxlanılır. Azərbaycan bundan siyasi mənfəət görmür, çünki bu qurumlara daxil olmaq onları yeni çərçivələrə salacaq. İqtisadi mənfəət görmür, ona görə ki, xaricə satdığı və aldığı mallar bu təşkilatlarla tənzimlənmir:
“Satılan neftin, qazların bu təşkilata heç bir dəxli yoxdur və bu quruma üzvlük Azərbaycana heç nə verməyəcək. Əksinə, Avrasiya Birliyinin aktiv üzvü olan Rusiya özü neft və qaz bazarında əsas oyunçulardan biridir və Azərbaycan kiçik olsa da, onun rəqibi sayılır. Yadınıza salım ki, bu yaxınlarda həcm baxımından çox kiçik olan Azərbaycan qazının Avopaya daşınması üçün layihənin açılışı Rusiya və Azərbaycan mediyasında böyük səs-küyə səbəb oldu. Əslində isə 240 milyard kub metr qazı Avropada satılır. Azərbaycanın 16 milyard kub milyad qazı onun yanında heç nədir”.
Z.Əlizadə bildirib ki, Azərbaycanın Avrasiya Birliyinə daxil olması Qarabağ münaqişəsinin həllinə zərrə qədər də təsir göstəməyəcək. Rusiya Qarabağ məsələsindəki mövqeyini dəyişməyəcək. Ona görə də bu istiqamətdə aparılan müzakirələr də boş söhbətlərdir.
Politoloq belə fikirlərin ortaya atılmasında yalnız maddi marağın güdüldyünü önə çəkib:
“Bu fikirləri ortaya atan, yazan adamlara çörək yermək lazımdır. Ortada heç bir hadisə yoxdur. Özlərindən uydururlar ki, Azərbaycan Avrasiya İttifaqına müraciət edəcək, guya bu təşkilatın rəsmiləri üzv dövlətlərdən münasibət bildirmələrini istəyəcək və Ermənistan da deyəcək ki, “icazə vermirəm, Qarabağın müstəqilliyini tanısın, o zaman icazə verəcəm. Avrasiya İttifaqı Azərbaycanın nəyinə lazımdır”?..
Qeyd edək ki, AİB 2015-ci il yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.
Ləman
Versus.Az
Xəbər lenti
Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR
"Bu, sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir"