"Cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq, lakin.."

21:24 24-06-2020 | icon 654 | KİV
"Cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq, lakin.."

Əlisahib Hüseynov: "Cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar"

 

"Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrin Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapmasını müsbət addım kimi dəyərləndirirəm. Bu qərar xüsusən də televiziyalarda dil normalarının pozulması hallarına diqqətin artmasına gətirib çıxaracaq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, bu qanuna əsasən, bundan sonra KİV-lərdə və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək:

"Bəziləri hesab edir ki, cərimə üsulu bu məsələdə elə ciddi nəticə verməyəcək. Bunu deyənlər əsas etibarilə daha çox maarifləndirmə-təbliğat işlərinə üstünlük verən şəxslərdir. Ancaq mən belə düşünmürəm. Əlbəttə, cərimələrin məbləği məsələsində müəyyən mənada mübahisə etmək olar. Kimsə bu cərimələrin məbləğinin az və ya çox olduğunu mübahisələndirə bilər. Amma ümumən cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq. Dünya təcrübəsi də bunu göstərir. Lakin cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı