Bu əlamətlərdən biri varsa...

11:18 25-06-2020 | icon 439 | Sağlamlıq
Bu əlamətlərdən biri varsa...

Dünyada koronavirusa yoluxanların sayı artıq 10 milyona yaxınlaşır, 500 minə yaxın insan isə virus səbəbindən həyatını itirib.

 

Versus.az xəbər verir ki, pandemiyanın yayılmağa başlamasından artıq yarım ildən çox bir vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir.

 

Virusun orqanizmdən asılı olaraq fərqli simptomlarla özünü göstərməsi isə vəziyyəti bir az daha qəlizləşdirir. 

 

Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. 

 

Açıqlamalarda hər gün yüzlərlə asimptomatik şəxslərin test nəticələrinin müsbət olmasına dair məlumatlar yer alır.

 

Bütün bunlara baxmayaraq bir neçə nüans var ki, artıq onları COVIID-19-un ilkin əlamətləri hesab etmək olar. Bunlar aşağıdakılardır:

 

Temperatur

Qanda oksigen faizinin azalması (90% altına düşməsi)

Baş, boyun ağrısı

Oynaqlarda ağrı

Quru öskürək (sinəni deşən şəkildə)

Qarın ağrısı

Dad və ya iyitmə

 

Hazırda həkimlər davamlı quru öskürəyə fikir verməyi və şübhəli hal yarandıqda hərarətin mütəmadi olaraq ölçülməsini tövsiyə edirlər.

 

Bu əlamətlərdən hər hansı biri sizdə varsa, mütləq koronavirus testindən keçmək üçün Təcili Tibbi Yardıma müraciət etməlisiz.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”