VAR OLMAQ İSTƏYİRİKSƏ...

12:26 25-06-2020 | icon 1894 | Köşə
VAR OLMAQ İSTƏYİRİKSƏ...

DÖVLƏT BABA BİZƏ, BİZ DƏ DÖVLƏT BABAYA SAHİB ÇIXMALIYIQ

 İGİD TEYMURLU

 
 
"...TORPAĞIM İKİYƏ BÖLÜNƏN ZAMAN:
BU DİL BÖLÜNMƏYƏN VƏTƏNİM OLUB"
 
Bunu ünlü şairimiz SABİR RÜSTƏMXANLI söyləmiş.
 
 
Amma nə yazıq ki, "qaradskoy bakinets" millətindən, "kəntoş çuşkalar"dan olan BİZdən olmayanlar "bölünməyən Vətənimiz"i də lağ edə-edə, öz sərsəmliklərini bizlərə həzm etdirə-etdirə bölüb "daş yuxular"ın sonucu olan ansambllaşmış "Qafqaz Evi"nin bic mehmanlarının jestlərini bizə sənət nümunəsi kimi təqdim etdilər.
 
 
Öncə dilimizə sevə-sevə özümüz tüpürdük və tüpürməkdəyik, müstəqil Azərbaycan adlı məmləkətin orta məktəbində təhsilin tədrisində rus dilinin at belinə qaldırılması, fransız. ingilis, ərəb dillərinin oturaq hala gətirilməsi beləcə bizləri farslara da yem etdi. Ol səbəbdən də "türkcə danışan farslar" olmuşuq....
 
 
Yadınızdadır da. Bir müddət öncə Güney Azərbaycanın Urmiya şəhərindən İran parlamentinə millət vəkili seçilən Nadir Qazipur və Hadi Bahadırın prezident Həsən Ruhaniyə ünvanladığı məktuba 50 türk kökənli deputat imza atmışdı.
 
 
Səbəb də Ruhaninin köməkçisi Əli Yunusinin “azərilər türkcə danışan farsdır” deməsi olmuşdu...
 
 
Etdiyimiz, yapdığımız yanlışlardan vurulan naxış idi bu.... Hər nə ediriksə, öncə bunun icraçıları da bizdən olmayan "özümüz" oluruq. Özümüz ÖZÜMÜZə edirik. Öncə...
 
DİLİMİZə həqarət etdik!!!!
 
- Qos-qoca məmləkətimizin göbəyindəcə öz dilimizdə danışmadıq, dilimizi öz adıyla çağırmadıq. Elə indiki kimi!!!!
 
 
DİNİMİZə həqarət etdik!!!
 
- İslamı təriqətlərə bölməklə və qarşılıqlı yanlışlar yapmaq, islamın təməl prisiplərini unutmaqla türklüyümüzü unudub ərəbin və farsın koordinatoru kimi davrandıq. Elə indiki kimi!!!
 
 
SOYADIMIZa həqarət etdik!!
 
- Heç keçmişi demirəm, üstündən neçə illər ötsə də Prezident fərmanınının özünə belə sayğısız yanaşıldı, -ovdan, yevdən qurtulmaq istəməyənlərimiz əksəriyyətimiz oldu, nizamicəfərovlaşma bizə örnək göstərildi. Elə indiki kimi!!!
 
 
ADIMIZa həqarət etdik!!
 
- Türk kökənlilər özlərini "azəri" adlandırıb ürkək baxışlarla ətrafımızı saran naqislikləri seyr etdilər, AZƏRBAYCAN VƏTƏNDAŞI olaraq öz türk kimliyimizi qorxa-qorxa dilə gətirdik, fərqinə varmadıq ki, içimizdə yaşayan "30 min erməni" və onların doğduqları da bu gün "azərbaycanlı" olaraq bizimlə bir vətəndaş statusundadır. Elə indiki kimi!!!
 
 
DÖYÜŞ ƏZMİMİZə həqarət etdik!!!
 
- Hansısa döyüşü uduzmağımızı müharibəni uduzmaq kimi təlqin edənlərimiz həm də siyasi olimpə doğru can atdıqlarını dilə gətirərək manipulyativ davranışla milləti avam yerinə qoydu. Könüllü olaraq bu yurd, bu el, bu oba uğrunda Döyüşən, Canından keçən Oğlanlar gözümçıxdıya salındı, haqları tapdalandı, hüquqları pozuldu, Dövlət Baba həmin Oğlanları özünə ögey sanıb ögey münasibət göstərdi, amma müharibənin aktiv fazasında iştirak etməyən, açıq döyüşdə olmayan, torpaqğımı işğal edən ermənidən bircəsini belə görməyən, öldürməyənlər "veteran, əlil" statusuyla ödülləndirildi, dövlətin uğrunda can qoyanlara dövlətin sahib çıxmamasının əyani formatı ortaya qoyulub dövlətçiliyimizə nifrət hissi aşılandı. Elə inddiki kimi!!!
 
 
DÖVLƏTİMİZə həqarət etdik!!!!!
 
 
- Müxalifətçiliyi hakimiyyətlərə qarşı deyil, birbaşa dövlətçiliyimizə qarşı yönəltməkdən həzz alan xədicəyevalaşanlar öz qnomlaşdırıldıqlarını bir yana qoyub, dövlətçilliyimizin keşiyində dayananları trolluqla mükafatlandırdılar. Elə indiki kimi!!!
 
 
BAYRAĞIMIZa həqarət etdik!!!
 
 
Harınlamış məmur övladı Şəhidimin uğrunda can qoyduğu, Şəhidimin büküldüyü, candan əziz tutduğumuz bayrağı itinin boğazına bağlayaraq sosial şəbəkələrdə poz verməsinə cəmiyyət olaraq sıradan bir hal kimi yanaşdıq. Bayraq müqəddəsliyini uca tutaraq qriqoryanları baltalayaraq kimliyimizə sahib çıxan Ramil Səfərovlara daşlar atıldı, Onu cılızlaşdırmaq istəyənlər oldu. Elə indiki kimil!!
 
 
Xəstə övladlarının timsalında dövlət öz vətəndaşına sahib çıxma gücünü ortaya qoya bilmədi, vətəndaşı dərdləriylə baş-başa qoydu, ya da dövlətlə vətəndaş arasında sosial uçurum yaratmaq istəyənlər bu formatı ortaya qoydular. Elə indiki kimi!!!
 
 
Mizan tərəzi pozuldu. yalanlar həqiqət, oğrular doğru, fahişələr əxlaq mücəssəməsi donunda cəmiyyətə sırındı. Elə indiki kimi!!!
 
 
Özümüzdən, sözümüzdən, dilimizdən, dinimizdən, soyadımızdan, düşmən işğalı altında inləyən dədə-baba yurd yerlərimizdən danışanlar mənən linç edildilər. Elə indiki kimi!!!
 
 
VƏ BELƏCƏ BOYUMUZA QARA SAP TUTULDU....
 
 
VƏ BELƏCƏ BÜTÜN BUNLARIN SONUCUNDA YUNUSİLƏR "azərilər türkcə danışan farslardır" dedilər....
Məşhəd ziyarətinə, kitayski təsbeh, kitayski möhür və kitayski canamaz tüccarlığına, ucuz həkim dalınca ərazisinin və əhalisinn üçdə ikisi Güney Azərbaycan türklərinə mənsub olan İrana gedən olsa, lütfən, o Ruhaninin köməkçisi Əli Yunusiyə ilətin ki, gəlsənə biz də sənin məntiqindən çıxış edib saqqalda feyz olduğu üçün elə sizin timsalınızda Keçiyə Kəraməddin ağa deyək, ağayi Yunusi?...
 
 
Amma və lakin BİZ yunisilərdən də öncə ÖZÜMÜZ bizdən olmayan özümüzə baxaq. BİZİ BİZDƏN uzaq salan elə bizdən olmayan bizlərdir. Elə indiki kimi..
 
 
Torpağıma da, Soyadıma da, Dilimə də, Dinimə də, Tariximə də, Bayrağıma da edilən hücumlar fonunda bunun qarşılığında qabaqlayıcı tədbirlər görülmürsə, demək ki, bunu etməyənlər bizdən deyillər.
 
 
Əfəndilər, ona görə də bu gün cəmiyyətin əksər kəsimi dövlət Babadırsa, mənim Babam yoxdur deyir.
AXI BİZ KİMƏ VƏ NİYƏ YARINMAĞA ÇALIŞIRIQ?!
 
 
"...EY TÜRK ULUSU ÖZÜNƏ QAYIT, SƏN ÖZÜNƏ QAYIDANDA BÖYÜK OLURSAN!"...
 
 
Bu Öyüd isə Sabir Rüstəmxanlının da Babası olan Oğuz Xaqanımızın Dilək Duasındandır. Böyük olmaq istəyiriksə Özümüzə qayıtmalıyıq. Dövlət Baba Bizə, Biz də Dövlət Babamıza sahib çıxmalıyıq - var olmaq üçün!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin