Qardaşlığın daha bir nümunəsi

17:59 25-06-2020 | icon 2343 | Gündəm
Qardaşlığın daha bir nümunəsi

Bakının təşəbbüsü ilə Azərbaycan-Türkiyə hava məkanı açılır

 

Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi... Hər iki ölkə biri-birinin üzünə hava məkanını açır. Bu, bütün dünyaya örnək ola biləcək bir addımdır.


29 iyundan etibarən Türkiyə və Azərbaycan vətəndaşlarının sərbəst formada hər iki ölkəyə gediş-gəlişi bərpa olunur.


Belə ki, hər iki ölkənin qarşılqlı razılığı əsasında, həftədə iki dəfə Azərbaycan Hava Yolları, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul reysləri həyata keçiriləcək.


Digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək, Vətənə gələ biləcəklər.


İnsanları maraqlandıran uçuşların hansı şəkildə həyata keçirilməsi, biletlərin necə əldə edilməsi və s. kimi məsələlər var.


Sıravi vətəndaşlar, eləcə də, diplomatların gediş-gəlişi bərpa olunacaqmı?


Sərnişinlərlə bağlı COVID-19 testi necə keçiriləcək?

 


AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski açıqlamasında bildirib ki, bu və digər suallara aydınlıq gətiriləcək: 

“Hazırda bu barədə hansısa informasiyanı vermək ixtiyarında deyiləm. Əlavə məlumat olan kimi ictimaiyyətə ətraflı şəkildə açıqlama veriləcək”.

 


AZAL-ın mətbuat xidmətindən o da bildirilib ki, reyslərin tarixləri, təyyarə biletinin qiyməti, tələbələrə şamil olunacaq güzəştlər və digər tələb və şərtlər barədə əlavə ətraflı məlumat veriləcək.


Türkiyədəki mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu nəcib təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur