"Sonunda ikihakimiyyətliliyə gətirib çıxardı"
Razi Nurullayev: "Bu təcrübəsizlik sonunda fəlakətlərə gətirib çıxara bilər, çox narahatam, TƏBİB bacarmır"
"Bu sözləri yazmağa və deməyə məcburam. Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz".
Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında deputat Razi Nurullayev yazıb.
Deputat təəssüf hissiylə bildirib ki, yanlışlığa yol verilib:
"Təəssüf edirəm ki, Səhiyyə Nazirliyinin səlahiyyətləri alınanda və ölkədə iki səhiyyə qurumu yarananda bunu alqışlayanlardan olmuşdum. Əslində, doğru ola bilərdi, amma bu, sonunda ikihakimiyyətliliyə gətirib çıxardı".
R.Nurullayev qeyd edib ki, təcrübəsizlik çoxdur:
"Bu təcrübəsizlik sonunda fəlakətlərə gətirib çıxara bilər. Çox narahatam. TƏBİB bacarmır!"
PƏRİ
Versus.Az
Xəbər lenti
Urmiya gölünün son peyk görüntüsü
Gölün cənubunda suyun səviyyəsinin bir qədər çox...