"Hökumətin gördüyü tədbirlər müsbət nəticələrini verib"

13:42 26-06-2020 | icon 474 | Siyasət
"Hökumətin gördüyü tədbirlər müsbət nəticələrini verib"

Fuad Əliyev: "Ölkədə müasir tələblərə cavab verən xəstəxanalar tikilməsəydi, daha böyük təhlükələrlə üzləşə bilərdik"

 

"Azərbaycan hökuməti COVİD 19-la mübarizədə effektli üsullardan istifadə edib. Əhalinin sağlamlığının qorunması istiqamətində hökumətin gördüyü tədbirlər müsbət nəticələrini verib".

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, karantin rejiminin yumşaldılması əhalinin arxayınlığına səbəb olduğundan və bir az da insanların özlərinin məsuliyyətsizliyi üzündən virusa yoluxanların və ölüm sayının artması təhlükənin hələ də üzərimizdə qalmasından xəbər verir:

"Hökumət təhlükəsizliyimizin qorunması istiqamətində bütün vasitələrdən istifadə edib, amma çoxunun məsuliyyətsizliyi ağır nəticələr verib. Bu da bizim hələ də maariflənməyə böyük ehtiyacımızın olduğunu göstərir”.



F.Əliyev qeyd edib ki, ölkədə modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir:

"İstifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalarıdr. Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilib. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq. Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Bu da o deməkdir ki, hökumət hələ iki-üç ay öncə bu prosesə hazırlaşıb, qabaqlayıcı tədbirlər görüb. Bunları düzgün qiymətləndirməyimiz vacibdir”.



Partiya sədri onu da vurğulayıb ki, ölkədə müasir tələblərə cavab verən xəstəxanalar tikilməsəydi daha böyük təhlükələrlə üzləşə bilərdik:

“Bizdən yalnız virusla mübarizədə qəbul edilən qaydalara riayət etməyimiz və həyatımızı qorumaq qalır. Çox təəssüflər olsun ki, çoxumuz buna dərindən əhəmiyyət vermirik. Amma fakt odur ki, təhlükə hələ də mövcuddur, evimizin içindədir, ondan qorunmaq lazımdır. Əhalimiz maariflənməlidir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı