“Ermənistanın özünü xilas etməsinin yeganə yolu...”

17:53 26-06-2020 | icon 418 | Siyasət
“Ermənistanın özünü xilas etməsinin yeganə yolu...”

Asim Mollazadə: “Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq”

 

“Bu gün Azərbaycan əsgərləri torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə hazırdılar”.

 

Bunu Azərbaycan Silahlı Qüvvələr günü ilə bağlı Versus.az-a verdiyi açıqlamada millət vəkili Asim Mollazadə bildirib.

 

Millət vəkili bəyan edib ki, Azərbaycan bu gün də beynəlxalq təşkilatlardan tələb edir ki, münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq hüquqa söykənərək öz nüfuzundan istifadə etsin:

“Hər bir Azərbaycan əsgərinin, zabitinin həyatı dövlətimiz üçün əhəmiyyətli olduğu üçün biz münaqişənin sülh yolu ilə həllinə çalışırıq. Lakin bununla yanaşı Azərbaycanda ən müasir ordu quruculuğu həyata keçirilir. Bunun da bir səbəbi var - Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq”.

 

A.Mollazadə bildirib ki, bu gün Ermənistanın, ermənilərin özlərini xilas etməsinin yeganə yolu Azərbaycan ərazilərini işğaldan azad etməsi, sülhə gəlməsidir:

“Yalnız bu yolla Ermənistan öz dövlətini qoruyub saxlaya bilər.  Ermənistanı buna məcbur etmək üçün bütün beynəlxalq təşkilatlar bu istiqamətdə zəruri addımlar atmalıdır. Ermənistan  sülhə məcbur edilməlidir. Sanksiyalar tətbiq olunmaqla Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa cəlb etmək lazımdır”.

 

A.Mollazada təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq təşkilatlar erməni işğalı ilə bağlı müəyyən sənədlər qəbul edib, qərarlar versələr də, indiyə qədər işğalçıya qarşı zəruri addımlar atılmayıb:

“Bu da onu göstərir ki, beynəlxalq təşkilatlar öz təməl sənədlərinə sadiq deyillər. Erməni terrorçularının Azərbaycanda təxribatları davam edərsə, Azərbaycan əsgərinin növbəti aprel döyüşləri ilə işğalçını zərərsizləşdirməyə gücü və imkanları var”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu