Koronavirusun ilk yarandığı YER

10:25 27-06-2020 | icon 455 | Sağlamlıq
Koronavirusun ilk yarandığı YER

SARS-CoV-2 koronavirusu hələ 2019-cu ilin martında Barselonanın yağış sularında mövcud olub.

 

Versus.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Barselona Universitetinin tədqiqatçılar qrupu bildirib.

 

"Araşdırma nəticələri infeksiyanın dünyada ilk COVID-19-ə yoluxma hadisəsi haqqında bilinəndən daha erkən olduğunu göstərir”, - deyə universitetin saytındakı məlumatda qeyd edilir.

 

Tədqiqat İspaniyanın virusun məzmununu müəyyənləşdirmək və vaxtında tədbirlər görmək çirkab suyun öyrənilməsi layihəsi çərçivəsində aparılır.

 

Barselona mütəxəssisləri müxtəlif dövrlər üçün suların tərkibini araşdırıblar. Bu halda SARS-CoV-2 genlərinin konsentrasiyası səviyyəsində əhali arasında COVID-19-a yoluxma halları dəyişikliklə aydın şəkildə uyğun gəlirdi", - deyə universitetin Biologiya fakultəsinin professoru, Virusologiya Birliyinin prezidenti Albert Bosk vurğulayıb.

 

Aşkar edilib ki, virus artıq 15 yanvarda sularda mövcud olub. Hərçənd koronavirusa yoluxma sonradan elan edilib.

 

Digər tapıntı 2019-cu ilin martı ərzində virusun sularda tapılması ilə bağlıdır.

 

"Barselonaya turizm və ya iş üçün çoxlu sayda insan gəlir və çox ehtimal ki, ki, dünyanın başqa yerlərində də oxşar vəziyyət var idi", - deyə İspaniyanın Virusologiya Birliyinin prezidenti Bosk qeyd edib.

 

Qeyd edək ki, Çin ötən ilin dekabrında Ümumdünya Səhiyyə Təşkilatına koronavirus infeksiyası barədə bildirib.

 

Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol