İşə qəbulla bağlı vahid sistem

13:13 11-06-2018 | icon 197 | Gündəm
İşə qəbulla bağlı vahid sistem

Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində paytaxtda müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən 1356 nəfər sürücü xüsusi təlim keçib.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum sözçüsü bildirib ki, təlimləri uğurla başa vuran sürücülər sertifikat alıblar:

 

"Həmin sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib. Ümumilikdə isə, daşıyıcılar tərəfindən bizə verilən məlumata görə, paytaxtda marşrut avtobuslarında 3060 nəfərə yaxın sürücü var. Həmin sürücülərin hər biri xüsusi təlimlərdən keçəcəklər".

 

M.Ağayev qeyd edib ki, sürücülərin təlimləri yekunlaşdırılandan sonra bu təlimlərdə avtobus idarə etmək hüququ olan şəxslər də iştirak edə bilərlər:

 

"Həmin şəxslər də təlimlərdən keçəndən sonra adları peşəkar sürücü bazasına daxil ediləcək. Bilirsiniz ki, sürücülərin işə götürülməsi, onların əmək münasibətlərinin tənzimlənməsi daşıyıcılar tərəfindən həyata keçirilir, Daşıyıcıların hardan gəldi, yoxlanılmadan sürücü işə qəbul etməsi fəsadlarla nəticələnir. Bəzən olur ki, hətta avtobus idarə edən sürücünün sürücülük hüququ yoxdur. Yaxud da, sürücülük hüququ var, amma onun avtobus idarə etmək hüququ yoxdur. Əsas məqsədimiz bu cür halların aradan qaldırılmasıdır. Kənardan müraciət edən sürücülər də təlimlərdən keçəndən sonra vahid sistem yaradılacaq. Hansısa daşıyıcıya 2 nəfər sürücü lazım olacaqsa, Bakı Nəqliyyat Agentliyi həmin daşıcıya vahid bazadan 5, hətta 12 nəfər sürücü təqdim edəcək ki, onlar kənardan bu işə sürücü cəlb etməsinlər".

 

M. Ağayev bildirib ki, təlimlərdən keçə bilməyən sürücülər yenidən təlimlərdən keçmək üçün müraciət edə bilər:

 

"Bu gün paytaxt marşrutlarında mövcud olan bir neçə problemdən biri də peşəkar sürücü çatışmazlığıdır. Bu gün həqiqətən də peşəkar sürücülərə ehtiyac var".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS