Professordan məmurlara İRAD

17:50 27-06-2020 | icon 905 | KİV
Professordan məmurlara İRAD

Qulu Məhərrəmli: "Ana dilini sevsələr danışdıqda səhvə yol verməzlər"

 

İstənilən vəzifəli şəxsin beynəlxalq təmsiliçilik rolu üçün xarici dil bilgisinin olması müsbət haldır. Lakin bu heç də əsas vermir ki, hansısa məmur, dövlət qurumunda çalışan şəxs öz ana dilini yarım bilsin və danışıqda ciddi qüsurlara yol versin. Bəhs olunan problem çox təəssüf ki, ölkəmizdə də aktualdır. Elə təkcə son bir neçə ay ərzində bəzi qurumların rəhbər şəxslərinin media qarşısına keçərək necə gəldi danışması, rusmənşəli sözlərdən istifadəsi buna nümunədir.

 

Maraqlıdır, ölkədə bu problemin qarşısını necə almaq olar? Bəzi məmurlarda olan nitq problemindən çıxış yolu nədədir?

 

Versus.Az xəbər verir ki, telejurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli bəzi məmurların ana dilini sevməməsinin bu cür problemlər yaratdığını bildirib:

 

“Məmurların Azərbaycan dilini pis bilməsi, ana dilində danışmaq istəməməsi bu gün ölkədə ən çox danışılan və müzakirə olunan mövzulardan biridir. Bu halın yaranmasına səbəb nədir? Burda təbii ki, məmurların təhsili, ailədə olan mühit və.s təsir edir. Amma bir həqiqət var ki, dünyanın heç bir yerində onu təmsil edən məmur o dövlətin ana dilinə sayğısız yanaşmır. Bizim məmurlarda səhlənkarlıq və ən əsası dilə sevgi olmadığına görə onlar Azərbaycan dilində danışmağı özlərinə rəva bilmir. Məncə bu ciddi nöqsandır. Bununla bağlı idarəçilik sistemində müəyyən mexanizlər işə salınmalıdır. Eyni zamanda dövlət qurumunda çalışan şəxslərin ana dilini bilmə səviyyəsi yoxlanmalıdır. Bir çox ölkələrdə bunu Təhsil Nazirliyi, idarəçilik sistemində, hüquq-mühafizə orqanlarında yoxlayan idarələr var.

 

İstənilən məmur Azərbaycan dilini bilməlidir. Necə ola bilər ki, konustitusiyada təsbit olunmuş dövlət dilində yüksək vəzifəli şəxs həmin ölkədə yaşaya-yaşaya danışa bilməsin. Bu ciddi qüsurdur və insanların özünün milli düşüncəsi olmalıdır ki, təmsil etdiyi xalqın, dövlətin dilini bilsin. Bunun isə ən yaxşı yolu dilə sevgidir. Bu olmasa heç kim zorla ana dilini öyrənib o dildə yaxşı danışa bilməyəcək”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin