Güclü olmağın zəruriliyi

13:00 12-07-2023 | icon 917 | Siyasət
Güclü olmağın zəruriliyi

 

Ramil Hüseynov: "Yeni reallıq həm də güclü olmağımızı tələb edir"

 

“Biz regionda ədaləti bərpa edərək, əzəli və əbədi torpaqlarımızı işğaldan azad etmişik. Biz işğalçını torpaqlarımızdan qovmaqla işğalçı, terrorçu erməni xislətinin nə qədər dünya üçün təhlukəli olduğunu  üzə çıxartmışıq.   Azərbaycanın gücü, qüdrəti bunu təmin edən əsas faktordur. Bu gün Ermənistan danışıqlara gəlirsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa,  bu, yenə də Azərbaycanın gücü iradəsi ilə baş verir. Müxtəlif adlar altında özünün maraqlarını diqtə etməyə çalışan ədalətsiz beynəlxalq güclər, qüvvələr bunu dərk etməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəsinin rəhbəri Ramil Hüseynov Ermənistan-Azərbaycan arasında aparılan sülh danışıqları prosesində müsbətə doğru hərəkətin başlanmasında, Ermənistanın Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması və ermənistanın bu nöqtəyə öz xoşu ilə gəlməməyi ilə bağlı Prezidentin son çıxışına diqqət çəkərkən verdiyi açıqlamasında bildirib.

 

R.Hüseynov yeni dünya düzənində, regionda öz gücü ilə yeni reallıq yaradan Azərbaycanın hərbi qüdrətinin, onun diplomatik müstəvidə gücünün artırılmasına zəmin, yol açdığını qeyd edb: 

 

"Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər regionda yeni reallıqlar yaradıb. Azərbaycana beynəlxalq müstəvidə yaranan yeni münasibətlər, yaratdığı dəyişikliklər müsbət mənada butun üstünlukləri ilə hərbi, siyasi, diplomatik qələbələrimizdir. Beynəlxalq müstəvidə cərəyan edən reallqlar sülh sazişinin tez bir zamanda imzalanmasını diqtə edir. Heç şübhəsiz ki, Azərbaycan diplomatiyası, eləcə də hərbi gücü ilə danışıqlara gəlməyə məcbur edilən Ermənistan baş verənləri düzgün təhlil edib, düzgün qərar verməlidir".

 

R.Hüseynovun fikrincə, əslində bü günün reallıqları Qərb və Avropanın regionda dayanaqlı sülhün  və sabitliyin  möhkəmlənməsində maraqlı görünməsi və ardıcıl bu  prosesdə  prinsipiallıq göstərməsi ilə müşahidə olunur:

 

“ABŞ, bir neçə dəfə keçirilən Brussel görüşləri və növbəti görüşün yenidən baş titacağını nəzərə alsaq, çox güman ki, 2023-cü il təqvimində bu sülh sazişinin ərsəyə gəlməsi mümkün ola bilər. Bunun başqa bir variantı yoxdur. Hər bir hadisənin sonu olduğu kimi, bu münaqişənin də həllini öz gücümüz, öz iradəmizlə, beynəlxalq təşkilatlara ədaləti, haqqı, beynəlxalq hüququ öyrədərək aradan qaldırmışıq. Unutmayaq ki, BMT Təhlükəszilik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qərarını Azərbaycan ordusu özünün gücü ilə həll etdi. Və bu gün Azərbaycan ərazilərinin bütövlüyünü qəbul edən işğalçı Ermənistan yenə də özünün revanşist siyasətindən əl çəkmir və təhlükəsziliyimiz naminə ordumuzun gücü, qüdrəti daha da artırılmalıdır. Yeni reallıq həm də güclü olmağımızı tələb edir. Ölkə başçısı son çıxışında dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara “haqqı-ədaləti tanıyın” mesajını verməklə yanaşı, yeni reallıqda “Dəmir Yumruq” kimi bir olmağın, güclü olmağın zəruriliyini anlatdı".

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi