"Eşitmək, cavablamaq və problemləri həll etmək zamanıdır"

17:25 28-06-2020 | icon 568 | Siyasət
"Eşitmək, cavablamaq və problemləri həll etmək zamanıdır"

İqbal Ağazadə: "Biz bu məsələyə etiraz edəndə hamı üstümüzə gəlirdi ki..."

 

"Yayın bu qızmar günlərində Kür və Araz çaylarının sularından məişətdə və kənd təsərrüfatında istifadə edən vətəndaşlarımız ciddi əziyyət çəkirlər. Həm Kür, həm də Araz çayında suyun miqdarı kəskin azalıb".

 

Versus.Az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə "facebook" hesabında yazıb.

 

Partiya sədri bildirib ki, çoxları bunu təbii fəlakət kimi də qəbul edə bilər, lakin məsələnin həm də fərqli tərəfi var:

"Xüsusən Araz çayında suyun olmamasının səbəbi Araz çayı üzərində İranın Xudafərin bəndini tikməsidir. İran bu su anbarı vasitəsilə öz ərazisində təxminən 80 min ha torpağın suvarılması üçün istifadə edir. Beləliklə də, Araz çayının suyunun azalması, az qala qurumaq həddinə çatmasının əsas səbəbi məhz bu bəndlərin və su anbarlarının tikintisidir.

Yeri gəlmişkən, Kür çayı ilə Arazın qovuşması da hər iki çayda suyun səviyyəsini tənzimləyirdi.

Kənar səbəblər axtarmağa ehtiyac yoxdur. İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır, fərqindəsinizmi?!

Biz bu məsələyə etiraz edəndə hamı üstümüzə gəlirdi ki, siyasəti bilmirmişik, iqtisadi maraqları hesablamağa gücümüz çatmırmış. İndi Kür və Araz çayı ətrafında yaşayan fermerlərin, sıravi vətəndaşların fəryadını eşidirsinizmi? İndi içməli suya həsrət qalmış dilsiz-ağızsız heyvanların ah-naləsini duyursunuzmu?"

 

İ.Ağazadə Nəqliyyat, Rabitə və Texnologiyalar nazirinə müraciət etdiyini də vurğulayıb:

"Bu günlərdə Nəqliyyat, Rabitə və Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etdim ki, Ermənistana verdiyiniz 134 tezliklə bağlı sorğuma cavab verin - hansı tezlikləri və niyə vermisiniz? Hamı susur. Məncə susmaq zamanı deyil, eşitmək, cavablamaq və problemləri həll etmək zamanıdır. Problem fərdi deyil, ümumazərbaycan problemidir.

Həm Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş, həm də Beynəlxalq Telekommunikasiya İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rabitə təmsilçiləri arasında əldə olunan razılaşma nəticəsində Ermənistanın 134 tezliyindən sərbəst istifadə hüququ ləğv edilməlidir.

Ən başlıcası isə torpaqlarımız işğaldan azad olmalıdır!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol