“Ermənistanın cəzalandırılması üçün hüquqi prosedurları sürətləndirməliyik”

15:00 06-09-2023 | icon 780 | Siyasət
“Ermənistanın cəzalandırılması üçün hüquqi prosedurları sürətləndirməliyik”

Ramil Hüseynov: "Vandallığı mudafiə edən ölkələr bu siyasi prosesə ciddi təsir etmə mexanizminə malik deyil"


“Ermənistan rəsmiləri müharibə vaxtı və ondan sonrakı dövürdə klassik erməni xislətinə uyğun olaraq dəfələrlə ziddiyətli mövqe və hazırki dünya siyasi ritorikasına, diplomatiyasına uyğun olmayan mənasız səmərəsiz siyasi xətt ortaya qoyurlar. Bu da Ermənistanın qeyri-ciddi, rəsmi İrəvanın isə məsuliyətsizliyinin bariz nümunəsidir. Bu siyasi oyunlar əminəm ki, onlara baha başa gələcək”.


Bunu versus.az-a Yeni Xətt Müstəqil Siyasi Təqdqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov son günlər Ermənistan baş nazirinin sülhdən yayınma və ziddiyyətli bəyanatları, beynəlxalq müstəvidə Azərbaycana qarşı aparılan kampaniya, ermənilərin Azərbaycandan göndərilən ərzaq yardımını qəbul etməməsi və beə bir gərgin fonda oktyabra nəzərdə tutulan Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşündə hansı yeni şərtlərin ortaya çıxa biləcəyi ilə bağlı şərhində bildirib.

 

R.Hüseynov hesab edir ki, Ermənistanın absurd davranışları dünyanın uzaq gələcəkdə siyasi proyektində diqqətlə qiymətləndirilməli və rəsmi İrəvanın mənfi aktivinə bir siyasi qərar kimi yazılmalıdır. Bu, açıq-aşkar siyasi riyakarlığın son həddidir:

 

“Ermənilərin BMT təhlükəsizlik şurasına müraciətləri, guya Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının aclığa məruz qalması və digər siyasi şou xarakterli tələbləri heç bir nəticə vermədi. Əslində ermənilər 30 il azərbaycanlıları öz torpağında blokadada saxlıyıb, insanlarımızı soyqrıma məruz qoyubla,r torpaqlarımızı işğal ediblər və adıçəkilən təşkilatın 4 qətnaməsini yerinə yetirməyiblər. Erməni xislətini dəstəkləyən ölkələri ciddi qəbul etmək olmaz. Çünki teroru və vandallığı özündə ehtiva edən separatçılığı, vəhşiliyi özündə təcəssum edən bir ölkəni dəstəkləyən istər ölkə, istər beynəlxalq təşkilat olsun, özü də birbaşa terrora dəstək verir. Hesab edirəm ki, hüquqi müstəvidə bizə qarşı törədilən siyasi və vəhşi cinayətlərə görə Ermənistanın cəzalandırılması üçün hüquqi prosedurları sürətləndirməliyik”.

 

R.Hüseynov eyni zamanda qeyd edib ki, regionda dayanaqlı sülhün və sabitliyin bərqərar olması üçün maraqların uzlaşması Azərbaycanın siyasi rəhbərliyinin ağıllı və mükəmməl diplomatiyası nəticəsində mövcuddur. Onun fikrincə, vandallığı mudafiə edən ölkələr bu siyasi prosesə ciddi təsir etmə mexanizminə malik deyil:

 

“Ölkəmizdə suverenliyimizi, təhlükəsizliyimizi, maraqlarımızı müdafiə edən siyasi strategiyanın proyektini bu günün və gələcək reallıqları nəzərə alaraq cızan etibarlı diplomatiyamız var. Bu bizim tarixi üstünlüyümüz və mübarizədə qalibiyətimizin şübhəsiz olmasının təzaürüdür Hesab edirəm ki, rəsmi Ermənistanın davranışlarını nəzərə alaraq öz haqlı tələblərimizi və hüquqlarımızı bərpa etmək üçün oktyabr görüşünə qədər lazım olan bütün addımları atmalıyıq. Vandallar tərəfindən unudulmayan 27 sentyabr tarixi gəlir. Bu millət humanizmi və humanist dəyərləri heç vaxt anlamıyıb və anlmayacaq da”.

 

R.Hüseynov Azərbaycann tarixən haqlı olduğunu, bu gün də haqlı tərəf kimi çıxış etdiyini deyib. O, hesab edir ki, bugünkü dünyanın reallıqlarının başqa olduğunu, ölkəmizin siyasi rəhbərliyinin dünya ölkələri ilə düzgün istiqamətdə apardığı siyasətin, iki tərəfli çoxtərəfli əlaqələrin bugünkü səviyyədə davam etməsi şansını əldən buraxmamalyıq:

 

“Bu tarixi şansı yaradanların bundan maksiumum ölkəmizin təhlükəsizliyini qorumaq üçün istifadə etməsi mütləqdir. Ermənilərin istənilən oyunları və riyakar addımları indiyə kimi necə hesablanıb və əks hücumla necə fiaskoya uğrayıbsa, bundan sonra da belə olacaq. Bu dəfə ölümcül siyasi zərbələrlə problemin kökündən həll edilməsini təmin etməliyik. Dünya ölkələri terrorçuları müdafiə edənlər bilsinlər ki, Azərbaycan öz torpaqlarında öz qanunlarını bərpa edəcək, öz suverinliyini bərpa edəcək, Özlərini ciddi siyasətçi kimi aparmaq qabiliyyəti olmayanlar bu barədə düşünsünlər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin