Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ÖTDÜ

09:17 29-06-2020 | icon 628 | Sağlamlıq
Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ÖTDÜ

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.

 

Versus.Az xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikasının göstəricisindən nəticə alınıb.

 

Koronavirusun aşkarlandığı 213 ölkə və bölgənin ümumi məlumatlarına əsasən pandemiya ərzində dünyada koronavirusdan ölüm hallarının sayı 503 597 nəfərə çatıb.

 

Bundan başqa, 10 218 562 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

 

Bu halda COVID-19-dan 5 521 578 insan sağalıb. 

 

Dünyada virusa aktiv yoluxma hallarının sayı 4 193 387-dir. Koronavirus xəstələrindən 57 943-ü ağır vəziyyətdədir. 

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin