Məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçiriləcək

15:06 11-06-2018 | icon 599 | Gündəm
Məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçiriləcək

İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.

 

Versus.Az xəbər verir ki, Dövlət Komitəsinin sədri ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində irihəcmli layihələrin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir.

 

Qeyd edilib ki, Aprel hadisələri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam tarixi hadisədir. Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur. Bu kəndin bərpası xalqımızın işğal altında olan digər ərazilərimizi də geri qaytarmaq əzmində olduğunu qəti şəkildə nümayiş etdirir.

 

Dövlət Komitəsinin sədri BMT QAK-ın məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırıb, təşkilatın ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilib.

Furio de Angelis Cocuq Mərcanlıda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra bir işlərdə yaxından iştirak etdiyini və kənddə qiymətləndirmə apardıqlarını bildirib. BMT QAK-ın Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını deyib.

 

Görüşdə eyni zamanda iyunun 20-də Ümumdünya qaçqınlar gününün keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihələr ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS