"Ermənistandakı proseslər növbəti hakimiyyət dəyişikliyinə hesablanıb"

14:49 29-06-2020 | icon 619 | Geopolitika
"Ermənistandakı proseslər növbəti hakimiyyət dəyişikliyinə hesablanıb"

Əlisahib Hüseynov: "Qərblə Kremlin Ermənistanın siyasi perspektivləri ilə bağlı öz planları var"

 

"İşğalçı Ermənistanda baş verən prosesləri diqqətlə izləməliyik. Çünki bu ölkədə baş verən bütün ictimai-siyasi proseslər bu və ya digər şəkildə Qarabağ problemi ilə kəsişir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Hazırda Ermənistanda hökm sürən pandemiya xaosu, iqtisadi böhran və siyasi qarşıdurmaların pik nöqtəyə çatdığını vurğulayan partiya sədri qeyd edib ki, bütün proseslər onu göstərir ki, işğalçı ölkədə tezliklə növbəti hakimiyyət dəyişikliyi baş verəcək:

"Hərçənd ki, baş nazir Nikol Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq və onu devirmək istəyən siyasi gücləri neytrallaşdırmaq üçün bütün vasitələrə əl atır, var gücü ilə mübarizə aparır. Ancaq onun opponentləri də bekar oturmurlar. Hazırki Ermənistan iqtidarına müxalif mövqedə dayanan qüvvələrin az qala hamısı Paşinyana qarşı birləşməkdədir. Əksəriyyəti Rusiyameylli olan erməni müxalifət qüvvələri sabiq prezident Robert Köçəryanın həbsdən buraxılmasından sonra daha da fəallaşıblar. Başqa sözlə desək, Ermənistanın gələcəyini Rusiyasız təsəvvür etməyən qüvvələr revanş götürüblər. “Çiçəklənən Ermənistan” parlament fraksiyasının rəhbəri Armen Abovyanın növbədənkənar seçkilərin keçirilməsini tələb etməsi və “erməni xalqının iradəsi və seçimi göstərəcək ki, kim siyasi meyitdir” deməsi də bir daha onu göstərir ki, rusiyapərəst qüvvələrin geri çəkilmək niyyəti yoxdur. Bəli, hazırda Ermənistanda sözün əsl mənasında siyasi ölüm-dirim savaşı gedir".

 

Qərb və Kremlin də İrəvanda baş verən siyasi qarşıdurmaları diqqətlə izlədiyini vurğulayan Ə.Hüseynovun fikrincə, hər iki tərəfin Ermənistanın siyasi perspektivləri ilə bağlı öz planları var:

"Belə bir gərgin durumda Qarabağ məsələsi yenidən gündəmə gələ bilər. Həm Paşinyan iqtidarı, həm də bütövlükdə erməni müxalifəti xaricdən gələn diktə əsasında “Qarabağ kartı”ndan yararlanmağa çalışa bilərlər. Biz Ermənistanın siyasi qüvvələri və iqtidarının Qarabağ məsələsindən növbəti dəfə öz siyasi maraqları üçün istifadə etmələrinə yol verməməliyik. Torpaqlarımızın işğaldan azad edilməsi üçün yaranan fürsətləri düzgün dəyərləndirməyə çalışmalıyıq".

 

LƏMAN
Versus

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi