“Matrix Gruop” şirkətinin sorğu-sual edilməsi niyə gecikir?

19:35 29-06-2020 | icon 787 | İqtisadiyyat
“Matrix Gruop” şirkətinin sorğu-sual edilməsi niyə gecikir?

Mürvət Həsənli: “Sərraf özünün talan, yalan, haram fəlsəfəsinə əlaltısı Abbası da öyrədib”

 

Xəbər verdiyimiz kimi, bir müddət öncə Milli Məclisin iclasında Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıl. Məcəllənin 521-ci maddəsinə əlavə təklif də olundu.

 

Qeyd edək ki, Layihədə bildirilmişdi ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır. Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilib. Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, tələb olunan zəruri tədbirləri görməlidir.

 

Bu xəbərin ardınca isə tanınmış iş adamı, iqtisadçı ekspert Mürvət Həsənli sosial mediada Azərbaycandan xaricə çıxarılmış pullardan bəhs edib və əminliklə bildirib ki, MATRIX GROUP ENERJIMAKINA GAYRIMENKUL PAZ.VE TIC.LTD.ŞTI. VERGI NO: 6130741606 – 100% Sərraf Məmmədzadəyə aiddir. M.Həsənli o şirkətin üzərində olan əmlakları da sosial şəbəkədə paylaşmışdı.

 

Versus.Az xəbər verir ki, iqtisadçı ekspert bu məsələyə yenidən qayıdaraq Matrix Gruop şirkətinə bu əmlakların haradan yarandığı sorğusu-sualının nə zaman başlayacağını səbirsizliklə gözlədiyini deyib.

 

O, bildirib ki, COVİD-19 bütün dünya ölkələrində vergi sistemini yenidən gözdən keçirmək məcburiyyətini yaratdığı, dünyanın ən nəhəng karbohidrogen xəzinəsinin sahibi Səudiyyə Ərəbistanının belə 1 iyul 2020 tarixindən ƏDV-ni 5%-dən 15%-qaldırdığı bir vaxtda Azərbaycanı talayıb Türkiyəyə, Lixtenşteynə, Rusiyaya aparıb binalar alıb icarəyə verən Sərraf Məmmədzadəyə məxsus “Matrix Gruop” şirkətinə bu əmlakların haradan yarandığı sorğusu-sualı hələ başlanmayıb:

 

“Sorğu-sualın nə zaman başlayacağı hamımızı düşündürür. Gecikmiş ədalət - ədalət deyil. Sərraf özünün talan, yalan, haram fəlsəfəsinə əlaltısı Abbası da öyrədib. Bu Abbas deyilən tip Niko Broyler adlı, yarı saxta yarı şübhəli toyuq tövləsi saxlayır. Amma ƏDV-dən, gəlir vergisindən yayınmaq üçün fiziki şəxs kimi inkubator kompleksini saxta müqavilə ilə boş torpaq sahəsi adı ilə 1000 manat aylıq kirayə verir. Ayda 15 000 manat da əldən alır. Dediklərimin hamısının sənədi var.


LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin