İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

08:36 30-06-2020 | icon 1653 | İdman
İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

İspaniyanın "Valensiya" klubu baş məşqçi Albert Selades və idman direktoru Sesar Sançesi istefaya göndərib.

 

Versus.Az xəbər verir ki, bu qərar La Liqanın XXXII turunda səfərdə "Vilyarreal"a 0:2 hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra verilib.

 

Beləliklə, "yarasalar"da mövsümdə ikinci dəfə baş məşqçi istefası gerçəkləşib. 45 yaşlı mütəxəssis 2019-cu ilin sentyabrında Marselinonu əvəzləmişdi. Seladesin rəhbərliyi altında "Valensiya" son 13 matçdan yalnız 2-də qələbə qazanıb və avrokuboklarla vidalaşıb.

 

Mövsümün sonunadək baş məşqçi vəzifəsinin icrası 2002-ci ildən məşqçilər heyətində yer alan və bu vəzifəni 4 dəfə müvəqqəti yerinə yetirmiş Voroya tapşırılıb.

 

38 yaşlı Sançes isə idman direktoru vəzifəsinə yanvarın 20-də təyin olunmuşdu. O, 2009 - 2011-ci illərdə "Valensiya"nın, əvvəllər isə bir sıra klubların, o cümlədən, "Real Madrid"in qapıçısı olub, İspaniya millisinin heyətində 1 oyuna çıxıb.

 

Qeyd edək ki, 32 turdan sonra "Valensiya" 46 xalla 8-ci pillədə qərarlaşıb. /"Report"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin