Azərbaycan idmançısına 144 aylıq cəza verildi

08:39 30-06-2020 | icon 1535 | İdman
Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Azərbaycanın daha 2 idmançısı diskvalifikasiyaya məruz qalıb.

 

Azərbaycan Milli Antidopinq Agentliyindən Versus.Az-a verilən məlumata görə, bunlar ağırlıqqaldıran Həsənbəy Həsənzadə və boksçu Kamran Orucovdur.

 

Hər 2 şəxsdən alınmış nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Qanından oksandrolon metaboliti, oksimetolon metaboliti və metasteron tapılan Həsənzadəyə 144 aylıq (12 illik) cəza kəsilib. Cəza 11 mart 2019-cu ildən qüvvəyə minib və 2031-ci ilin eyni tarixində başa çatacaq.

 

Orucovun analizi nəticəsində isə orqanizmindən 4-metilheksan-2-amin (metilheksaneamin) tapılıb. O isə 2 illik diskvalifikasiyaya məruz qalıb. 2020-ci il mayın 8-dən qüvvəyə minən cəza 2022-ci il mayın 8-də yekunlaşacaq. 

 

Qeyd edək ki, əslən Samuxdan olan 19 yaşlı Həsənbəy Həsənzadə 7-8 fevral 2019-cu ildə Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatında 109 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb. Kamran Orucov isə cəmi bir dəfə boks üzrə Azərbaycan çempionatında çıxış edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol